Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı kənd orta məktəbinə bu il gedən birinci siniş şagirdlərinin valideyinləri Fətəliyev Ruslan, Həsənov Xəyyam, Babaşov Bəkir, Səlimov Hüseyin, Nağıyeva Mətanət, Fətəliyev Elvin tərəfindən redaksiyamıza müraciət daxil olub. Müraciəti olduğu kimi dərc edirik.

15 sentyabr səhər uşaqlarımızı Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı kənd orta məktəbinə apardıq. Uşaqların sevinclə gözlədiyi an gəlib yetişəndə məktəbin rəhbərliyi birinci siniflər üçün ayrıca deyil,  məktəbin 4 -cü sinif şagirdləri ilə bir sinifdə dərs keçməli olacaqlarını bildirdi.

Məlum oldu ki,  1 ci sinif ləğv edilib 6 nəfər uşaq var onlar da  4 cü siniflə birləşədirilib birgə dərs keçiləcək biz və uşaqlarımız sözün həqiqi mənasında travma aldıq. Uşaqlar tanımadıqları müəllim olduğuna görə ağladılar və məktəbə girmədilər.  Biz  valideyinlər də bununla qəti şəkildə razılaşmadıq etiraz etdik, çünkü 1 ci siniflə 4 cü sinif birləşə bilməz bu ancaq molla məktəbində ola bilər.  Bu heç dərsliklər baxımından da uyğun gəlmir.

Biz  Şamaxı rayon təhsil şöbəsinə müraciət etdik. Orda da biz xoş qarşılamadılar, bildirdilər ki, bunu regional təhsil idarəsinin müdiri Rövşən Əliyevlə həll etməliyik. Ötür-ötürlə gəldik regional idarəyə.  Rövşən Əliyevə bildirdik ki,   təhsilin təməli 1 ci sinifdə qoyulur təhsilimizə balta vurmayın, bizə kömək edin, o da bizi xoş qarşılamadı kresloda yellənərək bizə lağ  edərcəsinə gülərək dedi  ki, bu mənim işim deyil, bu birbaşa nazirlikdir.

Bu hala 4 cü sinif valideynləri də narazılıq edirlər. Uşaqlarının dərsi mənimsəməsində təhsilin tam saat verilməsini tələb edirlər xahiş edirik bizə köməklik göstərəsiz. Muğanlı kəndində 1 ci sinifin bərpası təşkil edilsin qanuni olaraq 3 cü siniflə birləşdirin onada razı olmadılar. 3 cü sinifdə 26 şagird oxuyur, nəticədə 4 cü siniflə 1 ci sinifin birləşməsi çox anormal haldır, həm dərslik baxımdan həm dən təhsil tərbiyə baxımdan düz gəlmir.

Biz valideyinlər olaraq Elm və Təhsil Naziri cənab Emin Əmrullayevdən kömək gözləyirik. Uşaqlarımızin təhsilin ilk  pillələrini tam şəkildə oxuyaraq qavrayaq təhsillərinə davam etsin istəyirik. Əks halda bütün valideyinlər uşaqlarını saxlayıb gələn tədris ilində məktəbə gətirəcəklər.

Hazırda bizə təklif olunan 4 cü sinif müəllimi MİQ imtahanından aşağa bal yığdığına görə ona yeni sinif verilməsindən imtina edilib.  Biz necə gözümüz reallığı görə görə övladlarımızı məhv edib buna razı olaq. Təhsil ölkənin xalqın parlaq gələcəyidir, çox xahiş edirik bizə yaxından kömək edin, övladlarımız gələcəyimiz məhv olmasın.

Xatırladırıq ki Muğanlı kənd orta məktəbində 190-200-ə qədər şagird təhsil alır . Məktəb son illərdə yenidən qurulub. Şagirdlərin yerləşməsi üşün sinif problemi yoxdur.

Bənzər yazılar