Rumıniyanın Aurel Vlaicu Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir.

Mektebgushesi.az xəbər verir ki, proqramda bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.

Seçiləcək tələbə sayı: 2 nəfər

Müraciət üçün əsas şərtlər:

Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
İngilis dili ən az B2 səviyyəsində olmalı.
Müraciət üçün son tarix: 10 oktyabr 2023-cü il

Tələb olunan sənədlər:

Transkript (bütün semestrlər üzrə)
CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (tel.nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
Niyyət məktubu (ingilis dilində)
Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində erasmus@unec.edu.az elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).

Elektron məktubu göndərərkən başlıq hissəsində “Aurel Vlaicu Universiteti” yazılmalıdır.

Bənzər yazılar