Gecə saat  bır olardı. Ailəlikcə oturmuş, şamları yandırmış, yenə adət olaraq, hər axşamkı kimi şahmat oynayırdıq. Gülüş səsləri ətrafı bürumüşdü yenə.  Anam hər zamankı kimi deyinirdi:

  • Yatın, gecədir artıq. Ay Eldar, neçə dəfə demişəm, qoy uşaqlar yatsınlar.

Gülərək anami öpdüm, yatağa doğru qaçdım.Yorğanı üstümə çəkərək yataqda uzanmışdım, lakin babamla atamın möhkəm gülüşləri imkan  vermirdi yatmağa.

  • Şah! Və mat! – Babamın qalın səsi ilə yuxum artıq təmiz qaçmışdı. Anamla atamın olduğu otağa keçəcəkdim ki, birdən ətrafı vahiməli səslər bürüməyə başladı. Qışqırıq səsləri, fəryadlar, ümidsizcəsinə ağlaşmalar, zalımcasina məsum insanları öldürərkən gələn güllə səsləri.

Mən çox qorxurdum.  Altı yaşım vardı. Qaçaraq çarpayıya uzanıb, yorğanı başıma çəkdim. Evin içərisindən gələn güllə səsi  ilə  özümü anamın ölü bədəni qarşısında gördüm. Düşündüm ki, bu bizim yatmağımız üçün olan oyunun bir parçasıdır. Qurdlar gələcək və bizi qorxudub bayıldacaq. Hə, bu o nağıl idi: qurdlar gəlmiş və anamı qorxutmuşdular.

  • Qalx, ana, – deyib gülməyə başladım. – Söz verirəm, yatacağam, oyuna ehtiyac yoxdur.

Səs gəlmirdi.

  • Ana, ayağımı burxutmuşam, – dedim, qalxar və kömək edər deyə. Lakin tez düzəltdim narahat olmaması üçün.
  • Zarafat edirəm, ana, mən yaxşıyam.

Ondan səs gəlmirdi, vahiməli səslər daha da çoxalmışdı. Televizorda gördüyüm dayı yadıma düşdü.O:  “Fokus-pokus” deyərək hamını geri gətirirdi. Anama tərəf əyilib qulağına: – Fokus-pokus, –  deyə yavaşca pıçıldadım . Səslər yaxınlaşırdı yenidən, mən artıq daha da çox qorxurdum. Gec də olsa, anlamışdım bunun bir oyun olmadığını…

Qapı açıldığında qulaqlarım cingildəyirdi dəhşətli gurultudan, ağlaşma, fəryad səslərindən.  Atam , babam yox idi. Yalnız qorxudan huşunu itirmiş bacım, anamin ölü bədəni və mən…

Qolumdan  tutub dartırdılar vəhşicəsinə. Son nəfəsimdə var gücümlə anama baxaraq qışqırdım:

  • Fokus-pokus!

***

Bəli, bu faciəvi anların üzərindən artıq illər keçmişdi. Mən hər  şeyimi itirmişdim. Anam, babamı, atamı, eləcə də  doğma yurdumu.

Torpaqlarımızı geri aldığımızı eşidəndə hər kəs kimi mən də çox sevindim. Atəş səslərini Zəfər səsləri əvəz etdi. Cənab İlham Əliyev bağışlamışdı mənə doğma yurdumu, torpağımı.

Düşmənləri gecəyə bənzədərək bu ifadəni həsr edərdim doğma yurduma, Azərbaycanıma: “Gecə hər şeyi qaraldardı, aydan başqa”.

Xarıbülbül musiqi festivalında illər sonra cıdır düzündə səslənən “Bayatı-şiraz” – ruhumuzu oxşayacaq o nəğmə! “Torpağa geri qayitdiq!” – deyəcək o nəğmə. Dinlərkən hər kəsi valeh edən, İlham Əliyevi qürurlandiran o nəğmə! Bu, zəfərin yolu idi, İlham Əliyevin yolu idi! Hər addımında yanan parlaq işıqlar yol göstərir bizə. Gecədən Aydınlığa…

Xalqları dünyada məhşurlaşdıran təkcə onların zəngin təbii sərvətləri, maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomenal şəxsləridir. Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”, – deyən ulu öndər onun torpaqlarımızın vahidliyini təmin edəcəyinə sanki əmin olaraq hər zaman onunla fəxr etmiş, ona inanmışdır. Biz də ona inanırıq!

Müzəffər prezidentimiz İlham Əliyev öz strategiyası, çevikliyi  ilə seçilən nadir şəxslərdəndir. Prezident düşünülmüş islahatlarla müdrik qərarları ilə bizi uca qartal kimi qələmə verdi, ölkəmizi dünyanın inkişaf edən ölkələri siyahısına çıxardı və ilaxır. Qələm yazdıqca insan valeh olur onun gördüyü misilsiz işlərə. Məncə, o əsl sehrbazdır. Artıq sehrlərə inanmayan birini pərilərin varlığına inandıracaq qədər möhtəşəm insan… “Fokus-pokus!”

Abdullayeva Mədinə

Ağdaş şəhəri, Müşfiq İsayev adına tam orta məktəbin

10-cu sinif şagirdi

 

 

Bənzər yazılar