8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhəri 180 nömrəli tam orta məktəbin müəllimi Sahib Şəmizadə və Şəhla Bünyadovanın təşkilatçılığı ilə şagirdlərin Azərbaycan İstiqlal Muzeyinə ekskursiyası təşkil edilib.

Məktəblilər sərgidə muzey fondunda qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlərlə tanış olublar. Sahib Şəmizadə qeyd edib ki, ekskursiyanın məqsədi böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, hərbi-vətənpərvərlik ruhunun təbliği, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsindən ibarətdir.

Bənzər yazılar