İmişli Rayon Ölcələr Kənd N.Əzizalıyev Adına Tam Orta Məktəbdə “Zəfər Günü”nə həsr olunmuş məktəblər arası intellektual yarış keçirildi.

1 Noyabr 2023-cü ildə Ölcələr kənd N.Əzizaliyev adına İmişli rayonu Ölcələr kənd tam orta məktəbində ‘Zəfər Günü”nə həsr olunmuş “İntellektual Yarış” keçirildi. Yarışda ,Ölcələr kənd N.Əzizalıyev adına, Axıcanlı kənd S.Məmmədov adına, Qaralar kənd A.Allahverdiyev adına, Otuziki kənd, Məzrəli kənd, Cəfərli kənd F.Rəhimov adına tam orta məktəblər olmaqla 6 məktəb iştirak etdilər.

Yarışa başlamazdan öncə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Ümummilli Lider  Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin direktoru Ağazadə Sahilə tədbiri açıq elan etdi. Məktəbin direktoru, 44 günlük müharibə haqqında qısa məlumat verdikdən sonra iştirakçılara uğurlar arzuladı.Yarış 3 mərhələdən ibarət idi. 1-ci və 2-ci mərhələlər 15 sual, final mərhələsi isə 5 sualdan ibarət olmaqla ümumilikdə 35 sual səsləndirildi.1-ci yerə 28 xal ilə, Otuziki kənd tam orta məktəbi, 2-ci yerə 27 xal ilə, Qaralar kənd A.Allahverdiyev adına tam orta məktəbi, 3-cü yer isə 26 xal ilə Məzrəli kənd tam orta məktəbi sahib oldu.

Qaliblər diplom və medal ilə təltif edildi. Digər komandalara isə iştirak etdikləri üçün sertifikat təqdim olundu.İntellektual bilik yarışı, məktəbin texnologiya müəllimi Mustafazadə Nuridə və məktəbin direktoru Ağazadə Sahilə tərəfindən həyata keçirildi.

Nuridə Mustafazadə

Bənzər yazılar