İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov “Məktəbdə…” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 1 nömrəli tam orta məktəbdə keçirilib.

Qonaq əvvəlcə məzunu olduğu məktəblə tanış olub, müəllimlərlə görüşüb, söhbətləşib.

B.Qasımov məktəb illəri, müəllimləri, sinif yoldaşları ilə bağlı xatirələrindən, söz açıb, müasir dövrün tələbləri və bugünün məktəbi, intellektual gəncliyin yetişməsində telekanaların rolu, informasiyanın insan həyatına təsirlərindən danışıb.

Hər peşədə, sənətdə fərqlənməyi bacarmaq üçün təşəbbüskarlıq göstərməyin vacibliyindən bəhs edən B.Qasımov ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, yeniyetmələrdə ictimai məsuliyyət hissi və digər vacib mövzularla bağlı şagirdlərlə fikir mübadiləsi aparıb.

Qonaq həyata müstəqil addımlarını atmaq astanasında olan məktəblilərə tövsiyələrini verib, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, “Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Bənzər yazılar