Mektebgushesi.az saytına Bakıdakı 5 saylı məktəbin bir qrup valideyini müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik.

Bakı şəhəri Nəsimi rayonu 5 saylı məktəbin 1l sinfində  təhsil alan şagirdlərdən birinin  (Adı soy adı redaksiyay  məlumdur) davranışlarına görə həm sinif yoldaşlarını, həm də sinif yoldaşlarının valideynlərini narahat edir.

Belə ki, şagird sinif yoldaşlarına həm yaşına uyğun olmayan söyüşlər söyür,  onlara fiziki təzyiqlər  göstərir. Hətta, fiziki təzyiq göstərdiyi uşaqlardan ikisi sağlamlıq cəhətdən problemli uşaqlardır. Onlardan biri pertes (bud sümüyü başının osteoxondropatiyası) xəstəsi, digəri isə eşitmə (qulağında eşidə bilməsi üçün aparat var) əngəllidir.

Tədbirlərin birində valideynlərdən biri şagirdin etik qaydalara uyğun olmayan davranışlarını görür və uşağa iradını bildirir. Tədbir bitdikdən sonra isə anasına məlumat verəndə anası “ Mən evdə kişi böyüdürəm” deyə kobud cavab verir. Dəfələrlə valideynlər digər davranışlarına görə anasına xəbərdarlıqlar etməyinə baxmayaraq anası iradları nəinki qəbul etmir, əksinə cümlələri ilə ona iradını bildirənləri də əzməyə çalışır. Son damla isə uşağının salfetə ağıza almayacaq qədər pis sözlər yazıb bir qıza verməsi olur. Bundan isə valideynlər üzrə qrup rəhbəri xəbər tutur. Məsələyə müdaxilə edir və valideynlərə məlumat verir.

29 oktyabr saat 11 üçün məktəbin həyətinə yığışılır və bir çox bilinməyən məsələlər də elə həmin gün üzə çıxır. Valideynlərdən biri xəstə uşağının da dərsdə vurulduğunu öyrənir (vəziyyəti pisləşir) və sinif olaraq direktorla görüşmək istəyəndə Nərmin xanım valideynlərlə kobud rəftar etmiş və onları qəbul etmək istəməmişdir. Valideynlərin səs-küyündən sonra direktor Nərminə xanım Gündüzlü valideynləri qəbul etmiş və görüş əsnasında da otaqda olan valideynləri haqsız çıxartmağa çalışmış və baş verən hadisələri normal qəbul etmiş və öz aləmində bunları ört-basdır etməyə çalışmışdır. O, vaxtının olmadığını bildirmişdir. Demək olar ki, valideynlərin həssaslığlnı soyuqqanlı qarşılamış və mədəni şəkildə otağından qovmuşdur.

Valideynlərdən biri isə geri qayıdıb “Nərmin xanım, bu işin sonu necə olacaq” deyə sual verəndə direktor “Mən elə bildim siz məndən üzr istəyəcəksiniz” cavabını vernişdir. Burda deyərlər, oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı. Valideynləri təbii olaraq, bu davranış qəzəbləndirir və qərara gəlirlər ki, bu məsələ həll yolu tapmayana kimi məktəbə gedilməsin. Səhərisi gün siyahı üzrə 14 şagird məktəbə getmir və Müəllim valideynlərə direktorun və özünün də olduğu qrupda təhdid dolu mesaj paylaşır və dərsə gəlməyənləri məsuliyyətə cəlb edəcəyini bildirir.

Görəsən, Kim kimi?!

Valideynlər direktorun bu məsələni ört-basdır edəcəyinə əmin olaraq 3 valideyn və 9 nəfərin ərizəsi ilə Bakı Şəhər Təhsil İdarəsinə yollanırlar. Orada onları təcili şəkildə qəbul edir və dinləyirlər. Və hər şeyi yoluna qoyacaqları vədini verirlər. BŞTİ -dən məktəbin direktoru ilə əlaqə saxlanılır. Məktəb direktoru onlarla da kobud rəftar edir və qarşısındakı Təhsil işçisinə “Mən uşaq deyiləm, mənə işimi öyrətməyin” deyə kobud şəkildə yaşına və vəzifəsinə uyğun olmayan cavab verir.

Təhsil işçisi  telefon danışığından bir daha əmin olur ki, direktor məsələyə ədalətli yanaşmayıb və ümumiyyətlə bununla bağlı lazımi tədbir görməyib. Valideynlər orada bildirir ki, məktəbi öz şəxsi mülkü bilib təhsil ocağını özü istəyən kimi idarə etməyə çalışan bir direktorun və bu məsələni bu həddə çatdıran müəllim məsuliyyətsizliyinə görə uşaqlarının həmin məktəbdə təhsilinin davam etdirilməsini qəti şəkildə istəmirlər. Amma, digər haqqını tələb etməkdən qorxan valideynlərə görə bu məsələnin ciddi şəkildə araşdırılmasını tələb edirlər.

Hətta, şagirdin özünün də evdə şiddət gördüyü qənaətində olduğunu bildirirlər. Və bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də rəsmi şəkildə müraciət olunduğunu və məsələnin icrada olunduğunu da qeyd edirlər.

Valideynlər olaraq uşaqlarının hüququnu bilir və onları müdafiə edirlər. Təhsil ocağında uşaqlarının haqqının tapdalanmasının qətiyyən əleyhinə olduğunu, sinifdə davranış pozuntuları göstərən şagirdin isə psixoloji dəstək almasını, davranışlarının nədən və kim tərəfindən qaynaqlandığının araşdırılmasını və yenidən cəmiyyətə qazanılmasını təmin etmələrini tələb edirlər.

Bənzər yazılar