Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Vətən müharibəsindəki tarixi qələbəmiz münasibəti ilə kollecdə 30 ildən artıq fəaliyyət göstərmiş müəllimlərlə “30 il həsrət – 30 il zəhmət” mövzusunda görüş keçirilib.

Tədbirdə kollecin təqaüdçü müəllimlərindən Z.Şirəliyeva, A.Ağazadə, R.Novruzova və M.Hüseynova qonaq qismində iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və vətənimzin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Məmmədsəfa Qasımovun ifasında Prezident İlham Əiyevə doğum günü təbriki səsləndirilib, Müzəffər Ali Baş Komandanın yorulmaz əməyi sayəsində ölkəmizin sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə qazandığı uğurlardan, Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs edilib.

Tədbirdə ifa edilən müxtəlif şeir, rəqs və mahnı nümunələri, II Qarabağ müharibəsi ilə bağlı videoçarxlar, dahi şəxsiyyətlərin, Qarabağ müharibəsində qəhrəmanlıq göstərən gənclərin, savadlı nəslin formalaşmasında müəllimin əməyinin müstəsna rolununun xüsusi qeyd olunması tədbir iştirakçılarında xoş ovqat yaradıb.

I Qarabağ müharibəsində Zəngilandan məcburi köçkün düşmüş bir müəllimin həyat hekayəsindən bəhs edən tamaşa maraqla qarşılanıb.

Sonda kollecin direktoru, dosent İsrayıl İsgəndərov tədbir ifaçılarına təşəkkürlərini bildirib.

 

Bənzər yazılar