Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və Cənubi Qafqaz bölgəsinin imtahanlar üzrə rəhbəri Nərgiz Əkbərova Təhsilin İnkişafı Fondunun qonaqları olublar.

Mektebgushesi.az xəbər verir ki, görüş zamanı Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 7 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi” layihəsinin icra vəziyyəti müzakirə olunub.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov növbəti il ərzində layihəyə qoşulmaq istəyən universitetlər haqqında qonaqları məlumatlandırıb. O, proqramın ali təhsil müəssisələri arasında böyük populyarlıq və marağa səbəb olduğuğunu bildirib. Layihə fəaliyyətindən bu günədək 226 nəfərin faydalandığını və sayların hər ay artımını qeyd edib.

Görüş zamanı həmçinin Təhsilin İnkişafı Fondu ilə Britaniya Şurasının 2024-cü ilin fəaliyyət planına uğun olaraq əməkdaşlıq çərçivəsi barədə fikir mübadiləsi aparılıb.

Bənzər yazılar