Bizim bir çox mülahizələrimizdə koqnitiv yanılmalar üstünlük təşkil edir. Bu, təəssüf ki, hətta ən rasional hesab etdiyimiz mütəxəssislərə də şamil olunur.
Koqnitiv yanılmalarla bağlı ən mühüm tədqiqatlar iqtisadiyyat üzrə Nobel mükafatının sahibi Daniel Kahnemana aiddir. O, koqnitiv yanılmanın (cognitive bias) bir neçə formasını göstərir ki, onlardan da biri “lövbərləmə”dir (anchoring). Çox bəsit desək, ağlımızda məsələn gün ərzində konkret yoldan keçən maşınların sayı ilə bağlı bir rəqəm tuturuq. Sonra bizə cavab alternativləri verəndə, ilk ağlımızda olan rəqəmə yaxın olanı daha doğru hesab edirik.
Bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev müsahibələrinin birində deyib ki, ”Bir sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur”. İndi bizim bir sıra təhsil ekspertlərimiz də “lövbərləmə” yanılması nümayiş etdirir.
Bu tipli suallar yalnız böyük tədqiqatlara əsaslanaraq cavablandırıla bilər. Yəqin kimi bütün təhsil ekspertləri inkar etməz ki, bu istiqamətdə ən böyük tədqiqatlar PİSA, PİRLS, TİMMS kimi beynəlxalq qiymətləndirmələrdir. Ümid edirəm ki, ekspertlərimiz bu tədqiqatlarla müntəzəm tanış olurlar.
PİSA 2009 nəticələrindən birbaşa sitat:
“PISA göstərir ki, daha kiçik siniflər deyil, müəllimlərin daha yüksək maaşları, daha yaxşı tələbə performansı ilə əlaqələndirilir.”
Mənbə: OECD (2010b). PISA 2009 Results: What Makes a School Successful? – Resources, Policies and Practices (Volume IV) (Linki şərhdə qoyuram. İstəyənlər girib özləri tanış ola bilərlər).
ETN-in son dövbrlərdəki siyasəti MİQ, Sertifikasiya və s. alətlərdən istifadı etməklə müəllimlərin keyfiyyətinin artırılması və xüsusilə də sertifikasiya aləti vasitəsilə müəllimlərin maaşının artırılmasıdır. PİSA isə sübut edir ki, müəllimlərin maaşının artırılması, tələbələrin göstəricilərinə siniflərin kiçildilməsindən daha yaxşı təsir göstərir. Verilmiş büdcə çərçivəsində ya sinifdə şagirdlərin sayını azaldaraq sinif və müəllim sayını artırmaq olar ki, bu zaman daha çox müəllimə daha az maaş verməli olacağıq. Ya da sinifdə şagird sayı çox olmaqla daha az müəllimə daha çox maaş verməlisən. PİSA tədqiqatı göstərir ki, ikinci seçim şagirdlərin göstəricilərinə daha yaxşı təsir edir. Deməli, ETN mövcud elmi-tədqiqatlara əsaslanaraq siyasəti müəyyənləşdirir.
PİSA üzrə ən yaxşı nəticə göstərən dövlətlər baxdıqda da məlum olur ki, Çin, Sinqapur, Koreya kimi dövlətlərdə siniflərdə şagird sayı 36-45 arasında dəyişir.
Bir bunu deyən yazı "Japan 36-40 students Korea 55.2 Hong Kong 41-45 students (%) 40.72 Taipei 12.95 44.26 Singapore 5.65 27.7 Vietnam 3.5 75.15 Shanghai 22.78 13.46 Macao 2.57 32.3 OECD average 36.52 51.7 19.56 5.33 13.47 2.14" şəkili ola bilər

Bənzər yazılar