Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Ferhat Gül Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, səfər çərçivəsində o, Metallurgiya və materialşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələrinə “Tökmə istehsalında in­no­vativ texnologiyalar” mövzusunda seminar keçirib. Seminarda yüksəkmöhkəm çuqunların müasir istehsal texnologiyaları haqqında ətraflı məlumat verilib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Bənzər yazılar