Onlayn və oflayn formatda keçirilən görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov, Azərbaycan Fransız Universitetinin (UFAZ) İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, “TWI” şirkətinin Qrup direktoru Tat-Hin Qan və şirkətin nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, iki müəssisə arasında əməkdaşlıq əlaqələrinin mühəndislik sahəsinə təsir imkanları baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb və qeyd olunan məsələlərin hüquqqi əsası kimi tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Bənzər yazılar