“İsmayıllıda bir şagirdin təhsil aldığı Tircan kənd ibtidai məktəbində müəllimlərin sayı iki nəfərdir”.

Bu barədə Bizim.media-nın sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, ölkədə bir şagirdin təhsil aldığı yeddi məktəb fəaliyyət göstərir:

“Bunlardan biri Ağsu rayonunda yerləşən Axunlu kənd ibtidai məktəbidir. İsmayıllı, Lerik və Quba rayonlarında isə iki belə məktəb mövcuddur. Bunlar İsmayıllı rayonunda yerləşən Kələzeyvə və Tircan kənd ibtidai məktəbləri, Lerik rayonunun Camaşair və Geskon kənd ibtidai məktəbləri və Quba rayonu Xırt və Qarovulüstü kənd ibtidai məktəbləridir. Tircan kənd ibtidai məktəbi istisna olmaqla hər bir məktəbin bir müəllimi var”.

Bənzər yazılar