Yanvarın 18-də Bakıdakı 276 nömrəli tam orta məktəbdə “Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək.

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar olacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Bənzər yazılar