Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 34 il keçir.
Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi ümumxalq hüzn günü! Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından Qarabağımızın xilası, Dövlətimizin sərhədlərinin tam bərpası , Qələbə müjdəsi ilə gedirik! Gözün aydın Azərbaycan.
Qara Yanvar faciəsinə həsr etdiyim yazımdan bir parçanı Şəhidlərin ruhuna hörmət və ehtiramla sizlərə təqdim edirəm.
AĞILAR
Əziziyəm laylalar,
Bayatılar, laylalar.
Ağı üstə deyiləcək
Bu gün burda laylalar.
Zülümlə böyütdüyüm,
Ərsəyə yetirdiyim,
Toyunu görmədiyim
Balaml aylay, a laylay.
Gəl, ağlama sən hələ,
Qoy ağlayım mən belə!
Təzəcə toy etmişdim,
İli olmayı hələ.
Demə üzü bərk mənə,
Ürəyi kövrək mənə.
Dözümümə heyrət et –
Qəbri qoşa qazıram,
Sən gücünə heyrətet!
Bu oğlan nə gözəldi,
Baxan İİham alardı.
Xiyabanda siz bilin,
İlham ilk sırada yatandı!
Əzizimiz belə olmaz,
Qan olmaz, qada olmaz.
Görüşə çağırdın məni,
Görüş yeri belə olmaz!
Ah-nalə belə olmaz,
Bəy evi belə olmaz.
Gəlinin yatan yeri?
Daş olmaz, torpaq olmaz.!
Əziziyəm anası!
Şəhid bəyin anası.
Odsuz-ocaqsız yanır,
Göyə qalxır naləsi!
Əzizim baxmaq olmaz,
Yaşı saxlama qolmaz.
Şəhidin balasının
Üzünə baxma qolmaz!
Daşdı, daş.
Torpaqdakı yaşdı, yaş.
Gözəl, cavan oğlanlar,
Torpağa yaraşdı bax!
Gül dənizi, olardı gül dənizi.
Toylar üçün gül dənizi!
Küçələrdə gü ldənizi.!
Yollar boyu gül düzülür!
Düşmən heyrətə gəlir.
Gəlin necə incədir,
Bəyin ürəyincədir.
Xiyaband aİlhamla
Qoşa olan Fərizədir!
Körpədir balam mənim,
Körpə İlqarımm mənim.
Fələk gözümdə qoydu,
Allah, muradım mənim!
Gözün aydına ay ana
Muştuluğun vers ənə.
Bircə qolu tapılıb,
Yusifinin ay ana.!
Laylasını asta çalaq,
Gəlin, muğam üstə çalaq,
Yanıq Kərəm üstə çalaq,
Yanıqlı layla çalaq!
Bəy bacısı,
Qardaşa qurban bacısı.
Bağlı qalıb bəy qapısı,
Yaş içində bəy bacısı!
Gəlin, gəlin, ay gəlin,
Nə xoşbəxtsən ay gəlin.
Bəylə qoşaya yatırsan,
Xiyabanda sən gəlin!
Hər tərəf gülə bələnir,
Güllərdə ağı deyir!
Bu cansız cavanlara,
Bu günahsız olanlara!
Ağlar gördük gülləri, əyilmişdi qəddləri.
Güllələnmiş qəddləri, didilmiş cəsədləri!
Gəlib görən ağladı:
-Göydə quşlar, yerdə güllər ağldı.
Allahın dərgahında hamı birdi deyirlər,
Yoxdur millət, din fərqi söyləyirlər!
Xiyabanda birgə yatır Sahidlər,Şəhidlər!!!
Yoxdur burda din fərqi,
İnsanlar bunu görürlər!
ŞƏHİD OĞULLAR DOĞULUR
Baş verən necə müdhiş, necə ağır cinayət!
Cinayətdən çıxış yolu xəyanətdir, xəyanət!
Necə olsun, partladılsın!
Dağıdılsın televiziya, qoy efir də susdurulsun!
Bilinməsin bu cinayət!
Həmin günlər bircə ümid Tanrıya,
Bir də, bir də Mirzə Xəzərə qaldı!
Mirzə Xəzər eşidirsən?
Eşitdir sən, bütün dünya gərək bilsin;
-Tökülür qan, didilir can!
Dinc əhali olur güllə-baran.!
Şəhid oğullar doğulur!!! (Z.V)

Zülfiyyə Vəliyeva, Respublikanın əməkdar Müəllimi

Bənzər yazılar