Türkiyənin ali təhsil müəssisələrinə 2024-2025-ci tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbuluna başlanılıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətlər Türkiyə tərəfi üçün fevralın 20-dək, Azərbaycan tərəfi üçün isə martın 1-dək davam edəcək.

Qeyd edək ki, sözügedən təqaüd proqramına müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sistemində qeydiyyatdan keçməlidirlər.

Təqaüd proqramı barədə ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.

IMG

Bənzər yazılar