Elm və təhsil naziri Emin Əmrullayev 23 fevral tarixində Beyləqan rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 14 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Bənzər yazılar