Bu gün Bakıda ailəsi ilə birgə qətlə yetirilən şəxs məktəb direktoru imiş.

Mektebgushesi.az xəbər verir ki, Pikə Əhmədova Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışırmış. Həmin məktəb Xətai rayonu ərazisində yerləşir.

Qeyd edək ki, hadisə saat 16:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

***

İlkin məlumata əsasən, Ə. Əhmədov soyuq silah kimi baltadan istifadə edib.

1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Pikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.



“Qafqazinfo”nun  hadisə yerindən lentə aldığı görüntüləri təqdim edirik:

 



Bənzər yazılar