Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixləri müəyyən olunub.

DİM-dən Mektebgushesi.az-a bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı 1 – 15 mart Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı (27 mart – 15 aprel) tarixində keçiriləcək.

Belə ki, əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 1-15 mart;

Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik) 27 mart- 15 aprel;

Əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik),  Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik) 14 aprel;

Əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (9 illik), Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (9 illik) 5 may;

Cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili imtahanı (dövlət dili kimi) – I cəhd 12 may;

Cari və əvvəlki illərin məzunları üçün II Azərbaycan dili imtahanına (dövlət dili kimi) qeydiyyat 5 – 10 iyun;

Cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili imtahanı (dövlət dili kimi) – II cəhd 30 iyun tarixində başlayacaq.

Bənzər yazılar