ADU Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev martın 1-dən 7-dək Rusiyanın Sirius federal ərazisində (Soçi yaxınlığında) baş tutan Ümumdünya Gənclər Festivalında iştirak edib. 180 ölkədən 20 minə yaxın gənc liderlərlərin iştirak etdiyi festivalda Nicat Əliyev Rusiya Federasiyasının bir sıra rəsmi şəxsləri ilə görüşüb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Sədr müavini Dmitriy Medvedev, Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini – Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitriy Peskov, Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrov, habelə, müxtəlif ölkələrin gənclər təşkilatlarının sədrləri və idarə heyətləri ilə əlaqələr yaradıb və bu istiqamətdə gələcək fəaliyyətləri müzakirə ediblər.

Bənzər yazılar