Mart ayından “Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilib.

İlk regional konfrans martın 14-də Lənkəranda təşkil olunub. Konfrans Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün baş tutub.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransın məqsədi qabaqcıl müəllim, təhsil idarəedicilərinin təcrübəsini öyrənmək, səmərəli əməkdaşlığa təkan vermək, eləcə də regional diskussiya platforması yaratmaqdır.

Konfransda MÜTDA-nın direktor müavini Mehriban Vəliyeva, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Qazi Universitetinin müəllimi, professor Necati Cemaloğlu, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “T–Network” platformasının rəhbəri Cəfər Mənsimi çıxış ediblər.

400-ə yaxın təhsil işçisinin qatıldığı konfransda iştirakçılar belə konfransların təşkilini yüksək qiymətləndiriblər.

Bənzər yazılar