Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 19 590 vətəndaş müraciəti daxil olub. 

Mektebgushesi.az xəbər verir ki, müraciətlərin 12 683-ü  çağrı mərkəzləri, 660-ı  sosial media, 2 395-i “WhatsApp” vasitəsilə, 907-si elektron, 873-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 072 müraciət qeydə alınıb.

Müraciətlər şagirdlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, işə qəbul, xaricdə təhsil, təhsil haqqı və güzəştlər, müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub.

 

Bənzər yazılar