Vətəndaşlar xarici universitetlərə seçim edərkən çətinlik çəkir, yaxud da akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar. Bu istiqamətdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) saytında yeniliklər olunacaq.

Mektebgushesi.az xəbər verir ki, bunu TKTA İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən infosessiyada deyib.

O bildirib ki, bu günə qədər ekspertizası həyata keçirilən ali təhsil müəssisələrinin müvafiq siyahısı rəsmi saytda yerləşdiriləcək. Qurum rəsmisi siyahıda akkreditasiyası olan təhsil müəssisələrinin göstəricilərinin yer alacağını qeyd edib.

Bənzər yazılar