Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) SABAH qruplarında magistratura səviyyəsi üçün Pedaqogika ixtisasının “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə mövcud təhsil proqramının təkmilləşdirilməsi məqsədilə ekspert komissiyası öz işinə başlayıb.

Komissiyanın iclasında tədrisin keyfiyyətinin və məzmun zənginliyinin artırılması mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, Türkiyənin Hacettepe Universitetinin professoru Selahaddin Gelbal ekspert komissiyasına məsləhətçi olaraq dəvət olunub.

Həmçinin, SABAH qruplarının təşkilatçılığı ilə Hacettepe Universitetinin professoru Selahaddin Gelbal Pedaqoji Universitetdə ADPU, ADA, ADMİU və Xəzər Universitetinin müvafiq ixtisaslarda təhsil alan 80 nəfərdən çox magistrantı üçün “Təhsildə ölçmə, qiymətləndirmə və elmi tədqiqatda data analizi” mövzusunda modul dərsin tədrisinə başlayıb.

Bənzər yazılar