Mektebgushesi

Rezidenturaya qəbul imtahanı verəcək namizədlərin nəzərinə  

  Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi mayın 5-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər linkə daxil olub imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər […]

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? – FOTO

  Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında, teatrlarda, idman zallarında və sürücülük məktəblərində 10-15% civarında endirimlərdən yararlanırlar. Ölkənin bəzi universitetlərinin ərazilərində tələbələr […]

“Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçiriləcək

Əziz müəllimlər, 4 may 2024-cü il, saat 10:00-da Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəbdə konfransımız keçiriləcək. “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbirin məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdləri bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin […]

ADPU TGT “Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində film nümayişi keçirib

Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) Məktəbəqədər təhsil fakültəsi təşkilatının təşkilatçılığı ilə “Temple Grandin” filminin nümayişi baş tutub. “Dünya Autizm Maarifləndirmə ayı”na həsr olunmuş nümayişdə fakültənin tələbə və müəllimləri iştirak ediblər. ADPU TGT-nin Məktəbəqədər təhsil fakültəsi təşkilatının sədri Mehriban Hüseynovanın açılış nitqindən sonra autizm spektr pozuntusu mövzusunda çəkilmiş film haqqında […]

DİM-də TOEFL iBT imtahanı keçiriləcək

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. Mektebgushesi.az xəbər verir ki, imtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış […]

İlahiyyat İnstitutunun gənc məzunu vəfat etdi

Azərbaycanda İlahiyyat İnstitutunun keçmiş tələbəsi vəfat edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun təhsil göstəricilərinə görə fərqlənən gənc məzunu Günel Aslanova uzun sürən xəstəlikdən sonra vəfat edib.

Məktəb-icma münasibətləri media sahəsində çalışan valideynlərlə müzakirə olunub

“Ailəm və məktəbim” layihəsi çərçivəsində Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərlə görüş keçirilib. Layihə çərçivəsində müxtəlif peşə sahiblərindən olan valideynlərin dəvət olunduğu görüşə növbəti dəfə media sahəsində çalışan valideynlər qatılıblar. Görüşdə valideyn-məktəb münasibətləri, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində iştirakının əhəmiyyəti, media savadlılığı, şagirdlərin peşə seçiminə dəstək, təhsil müəssisəsində baş verən hadisələrə media […]

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” I Respublika Forumu keçirilib  

Aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə psixoloji xidmətin aktual problemləri” I Respublika Forumu keçirilib. Forumu giriş sözü ilə açan Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov təhsildə psixoloji xidmətin inkişaf dinamikasından bəhs edib və bu işdə universitetin fəaliyyətini vurğulayıb. Daha sonra Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək, forumun işinə uğurlar arzu edib, […]

Iş yerini dəyişən müəllimlərin vakansiya seçimi yekunlaşır

  Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az- a bildirilib ki, vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq. Vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər. Xatırladaq ki, aprelin 17-dən 19-dək keçirilmiş vakansiya seçimi […]

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Florida Dövlət Universitetinin amerikalı nevroloqları Parkinson xəstəliyinə səbəb olan genetik mutasiya aşkar ediblər. Tədqiqat The Lancet Neurology (TLN) elmi jurnalında dərc olunub. Parkinson xəstəliyi davamlı olaraq irəliləyən neyrodegenerativ hərəkət pozğunluğudur. O, hərəkətsizliyə və tez-tez demensiyaya səbəb olur, insanın fəaliyyət qabiliyyətini tədricən pozur. Hazırda bu diaqnozun müalicəsi yoxdur, lakin onun gedişatını yavaşlatmaq olar. Alimlərin fikrincə, bu […]

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Aprelin 27-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2024-2025-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 500-dən çox şagird qatılıb. Mektebgushesi.az xəbər verir ki, tədbiri açan MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuriy Sadovniçiy 2025-ci ildə […]

Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Aprelin 28-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirir. Respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda keçirilən imtahan ümumilikdə 78 binada təşkil edilir. DİM-dən Mektebgushesi.az -a verilən məlumata görə, imtahanda 19716 nəfərin iştirakı gözlənilir. Onlardan 18420 nəfəri Azərbaycan bölməsi, 1296 nəfəri rus […]

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

  Dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 326 alternativ qeydiyyat mərkəzi yaradılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əhatə dairəsi üzrə 27, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 11, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 18, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 23, […]

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədiyə səfər edib

Aprelin 26-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Ağcabədi rayonunda olub. Əvvəlcə Ağcabədi şəhərində Şəhidlər xiyabanı ziyarət edilib və onların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb. Səfər çərçivəsində Mətin Kərimli Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşərək fikir mübadiləsi aparıb. Sonra Aparat rəhbəri Ağcabədi şəhəri 8 nömrəli körpələr evi-uşaq bağçasında olub, […]

Rektor “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalçıları ilə görüşüb

  Aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalçıları ilə görüşüb. Görüşdə, həmçinin tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və layihə rəhbəri Cavid Hüseynov da iştirak edib. Müsabiqənin yarımfinalçıları ilə görüşdə çıxış edən rektor, prof. C.Cəfərov […]