Mektebgushesi

Rəqəmsal Təhsildə Kitabxananın rolu

“Universitet kitabxanalarının öz rollarını təkmilləşdirmək və gücləndirmək üçün böyük imkanları var. Bunun üçün onlar rəqəmsal məzmunlarının dəyərini nümayiş etdirməlidirlər” Jose Vladimir Burgos Aguilar . Təxminən 30 il əvvəl texnologiyanın ən nüfuzlu səslərindən biri olan Bill Qeyts “ məzmun kraldır ” ifadəsini işlətdiyi bir esse yazdı . Geyts müəyyən etdi ki, onlayn uğur üçün ən böyük […]

Bakı məktəblərində valideynlər üçün rəqəmsal sistem yaradılacaq

Təhsil müəssisələrində nəzarəti gücləndirmək və valideynlərin məktəblərdəki vəziyyəti qiymətləndirmələrinə şərait yaratmaq məqsədilə paytaxt məktəblərində rəqəmsal sistem yaradılacaq. “Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır”. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova deyib. O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, […]

LDU təmsilçiləri beynəlxalq təlimdə iştirak edib

  12-14 mart 2024-cü il  tarixlərində  Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu və Xəzər Universitetinin koordinatorluq etdiyi DİRNA (Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi) layihəsinin təşkilatçılığı ilə İtaliyanın L`Akuila şəhərində təlim keçirilib. Təlimdə Lənkəran Dövlət Universitetinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Günel Məmmədova və Texnologiya və texniki fənnlər kafedrasının baş müəllimi Vüsalə Muradova iştirak […]

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi bu il də ənənəsini davam etdirərək, Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb. UNEC rektoru professor Ədalət Muradov müəssisənin qocaman sakinlərini bayram münasibətilə təbrik edərək, onlara sevgi və qayğı göstərməyin […]

Cəlilabadda şagird və tələbələrlə görüş keçirilib

Regionlara baş tutan təhsil səfəri çərçivəsində Cəlilabadda şagird və tələbələrlə görüş keçirilib. Tədbirin keçirilməsində məqsəd peşə təhsilinə marağın artırılması, tam orta təhsil pilləsində tədrisin keyfiyyətinin yüksəldilməsi, bununla yanaşı, regionlarda pedaqoji ixtisaslara olan tələblər, şagirdlərin peşə seçimi istiqamətində ümumi müzakirələrin aparılmasıdır. Açılış nitqi ilə çıxış edən Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və ADPU-nun Cəlilabad […]

ADPU-nun Şəki filialında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə  görüş keçirilib

Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Dövlət Miqrasiya Xidməti işçilərinin peşə bayramına həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin (RMİ) təşəbbüsü, ADPU-nun Şəki filialının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan filialın direktoru vəzifəsini icra edən, dosent Nurəli Çələbiyev qurumun dövlətimizin təhlükəsizliyindəki rolundan bəhs edib. Tədbirdə […]

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 19 590 vətəndaş müraciəti daxil olub.  Mektebgushesi.az xəbər verir ki, müraciətlərin 12 683-ü  çağrı mərkəzləri, 660-ı  sosial media, 2 395-i “WhatsApp” vasitəsilə, 907-si elektron, 873-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 072 müraciət qeydə alınıb. Müraciətlər şagirdlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, işə qəbul, xaricdə təhsil, təhsil […]

LDU-da bayram ovqatlı Novruz şənliyi

  Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın ən gözəl, əziz milli bayramı – Novruzun gəlişi əsl bayram coşqusu, ovqatı ilə qeyd edilib. LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyi universitetin rektoru, professor Natiq İbrahimovun kollektivə ünvanlanmış təbriki ilə başlayıb.Təbriki Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov təqdim edib. Bayram şənliyində 2023/2024-cü tədris ilinin payız imtahan sessiyasının nəticələrinə […]

Məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb

  Şərur rayon Təhsil şöbəsinin rayonun Muğancıq-Mehrab kənd tam orta məktəbində apardığı yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın fəaliyyəti dövründə maliyyə pozuntusuna və vəzifə səlahiyyətlərində nöqsanlara yol verdiyi aşkarlanıb. Mektebgushesi.az xəbər verir ki, şöbənin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə S.Cəfərova Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən martın 15-də vəzifəsindən azad […]

BMU-da Novruz bayramı təntənəli şəkildə qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) “Bu yaz bir başqa yazdır” adlı Novruz şənliyi təşkil edilib. Universitetin rəhbərliyi, müəllim-tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan xalqının milli-mənəvi  dəyərlərinin zənginliyini, çoxəsrlik keçmişini özündə yaşadan Novruz bayramı münasibətilə kollektivə ən səmimi təbriklərini çatdırıb. Rektor Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ən mötəbər dövlət […]

ADPU-nun prorektoru regional konfransda “Məktəb öyrənən təşkilat kimi” mövzusunda təqdimat edib

“Müasir təhsil paradiqmasında məktəblər təkcə biliyi ötürmür, həm də öz daxili dinamikası ilə öyrənən və inkişaf edən canlı sistemlər kimi fəaliyyət göstərir.” – bu fikirləri Lənkəranda keçirilən “Təhsildə yeni çağırışlar” ilk regional konfransında “Məktəb öyrənən təşkilat kimi” mövzusunda təqdimat edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva səsləndirib. Təqdimatda məktəblərin […]

Məktəblilər bu dəfə Novruz ənənələrini müzakirə ediblər  

“Məktəblilər “Ədibin Evi”ndə” layihəsi çərçivəsində növbəti görüş Novruz ənənələri mövzusuna həsr olunub. Paytaxtdakı 214 nömrəli tam orta məktəbin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı ilə tanış olub, Novruz bayramının mərasim ənənələri və inancları ilə bağlı müzakirələr aparıblar. “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva xalqımızın mədəniyyətini, milli-mənəvi […]

Pedaqoji Universitet Laçındakı “Simurq” kitabxanasına kitablar hədiyyə edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi Laçın şəhərindəki “LaCinema” kinoteatrının nəzdində fəaliyyət göstərən “Simurq” kitabxanasına 27 Mart – Elm Günü münasibətilə kitablar hədiyyə edib. Hədiyyə olunan kitablar arasında Unu Öndər Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komanda İlham Əliyevin zəngin fəaliyyətlərinin müxtəlif aspekstlərini əks etdirən kitablar, Vətən müharibəsi şəhidləri ilə bağlı ensklopedik nəşrlər, […]

DİM adından saxta səhifə və qrup yaradılır – XƏBƏRDARLİQ

Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə DİM-dən məlumat verilib. “Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Facebook”, “Instagram”, “Telegram” “TikTok” və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) […]

Elşən Qafarov: Bağçalarda 6 minə yaxın təhsilsiz tərbiyəçi-müəllim fəaliyyət göstərir

2024-cü ildə Azərbaycan orta ümumtəhsil məktəblərində çalışan 31 min müəllim sertfikatlaşdırma prosesinə cəlb olunacaq. Gələn ildən isə həm də tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması başlanacaq. Tərbiyəçi- müəllimlərin sertifikatlaşdırılmasında onların hansı bacarıqları yoxlanılmalıdır? Mektebgushesi.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil ekserti Elşən Qafarov bildirib ki, məktəbəqədər təhsil müəssisələrində 6 minə yaxın təhsilsiz tərbiyəçi-müəllim fəaliyyət göstərir: “Tərbiyəçi […]