Mektebgushesi

Məktəblilərimiz beynəlxalq turnirdə finala vəsiqə qazanıblar

  Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə “Dutch Trampoline Open” 2024 turnirində Azərbaycan millisinin üzvləri finala yüksəliblər. Mektebgushesi.az xəbər verir ki, fərdi proqramda çıxış edən Selcan Mahsudova, Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Samirə Hüseynova, Ömər Qasımlı beynəlxalq turnirin finalında iştirak edəcəklər. Həmçinin Əli Niftəliyev, Ammar Baxşaliyev, İbrahim Mustafazadə və Fərhad Mustafayevdən ibarət komandamız həlledici mərhələdə iştirak […]

ADPU Gənc Məzunlar Assosiasiyası psixoloq Günel Muradova ilə görüş keçirib

Azərbaycan Dövlət Pedaqoji Universiteti Gənc Məzunlar Assosiasiyasının (ADPU GMA) təşəbbüsü ilə Universitetin Məktəbəqədər təhsil fakültəsində psixoloq Günel Muradova ilə görüş təşkil olunub. Tədbirdə fakültə dekanı, dosent Nailə Hüseynova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və Psixologiya klubunun fəalları iştirak edib. Dekan Nailə Hüseynova çıxış edərək tələbələr üçün bu tip görüşlərin vacibliyini qeyd […]

Bugünkü imtahandan 2 nəfər xaric edilib

  17 mart 2024-cü il tarixində  Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib DİM-dən Mektebgushesi.az-a bildirilib ki, ilkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşırma aparılır. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – […]

“Azərbaycan memarlığında Naxçıvan abidələri” – respublika elmi konfransı

  AMEA-da Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş “Azərbaycan memarlığında Naxçıvan abidələri” mövzusunda respublika elmi konfransı keçirilib. Akademiyadan  bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutduğunu bildirib. O, Prezident İlham Əliyevin “Naxçıvan […]

ADPU-nun Quba filialında tələbələr sənəd dövriyyəsi ilə tanış olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Ədəbiyyat və dillər kafedrasının  müəllimi Aytən Seyidova xarici dil müəllimliyi ixtisasında tədris etdiyi Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən “Rəsmi- işgüzar sənədlər və onların hazırlanması” mövzusu üzrə praktik dərs təşkil edib. Əvvəlcə, dərs prosesində mövzu nəzəri cəhətdən izah edilib, rəsmi sənədlərin tərtibi qaydaları nümayiş olunub. Daha sonra isə tələbələr Tədris […]

ADPU THİK “BAHAR kuboku” intellektual yarışı təşkil edib  

Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən Gənc İntellektlər Klubunun təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “BAHAR kuboku” intellektual yarışı keçirilib. “Nə? Harada? Nə Zaman?” formatında keçirilən yarışda, ümumilikdə Universitetin 60 tələbəsi 10 komandanın tərkibində mübarizə aparıblar. Yekun nəticələrə əsasən “Cesi Dostları” komandası kubokun qalibi, “Master class” […]

“Yüksəliş” müsabiqəsi tərəfindən “Bahar mövsümü” intellektual yarışı təşkil edilib

  Martın 16-da “Yüksəliş” müsabiqəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual kviz – “Bahar mövsümü” yarışı keçirilib. Mektebgushesi.az xəbər verir ki, bu il ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 tədbirinin əhəmiyyətini vurğulamaq məqsədilə ekologiya, ətraf mühitin qorunması, təbii ehtiyatlardan istifadə ilə bağlı sualların üstünlük təşkil etdiyi intellektual yarış “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçılarının iştirakı […]

DİM dövlət qulluğu vəzifələri üzrə test imtahanları keçirir

Martın 17-də Dövlət İmtahan Mərkəzi inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir. Dövlət qulluğuna qəbul imtahanı Dövlət qulluğunda inzibati […]

Bu gün DİM 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək. Bu barədə Mektebgushesi.az-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə – 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran – 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, […]

Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turu keçirilib – FOTO

Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turu keçirilib Bu barədə Mektebgushesi.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın final turu keçirilib. Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada rayon turunun qalibləri […]

ADPU-da Novruz bayramı şənliyi keçirilib 

Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruzun gəlişinə həsr olunmuş “Yurduma ilk bahar gəlir” adlı bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. […]

“Yüksəliş” müsabiqəsinin qalibi BDU tələbələri ilə görüşüb

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Rəsulovanın BDU tələbələri ilə görüşü keçirilib. Görüşdə “Rəqabətdə fərq yaratmaq” mövzusu müzakirə edilib. Mehriban  Rəsulova tələbələrə karyera boyu iş mühitində fərqlənmək üçün tövsiyələr verib. Onlara bilik və bacarıqlarının artırılması yönündə diqqət etməli olduqları məqamları izah edib. Sonda tələbələrin müzakirə ətrafında sualları cavablandırılıb. […]

Kamal Abdulla Mərmərə Universitetinin professoru seçilib

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Türkiyənin Mərmərə Universitetinin professoru seçilib. Bu barədə qərar Mərmərə Universitetinin Senatı (Elmi Şurası) tərəfindən verilib. Eyni zamanda Kamal Abdullanın təşəbbüsü ilə bu universitetdə Dədə Qorqud Mərkəzinin açılması planlaşdırılır. Mərkəzin açılışı ilə bağlı ilkin işlərə başlanılıb. Yaxın vaxtlarda mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulub. Kamal Abdulla bildirib ki, Mərmərə Universitetinin […]

Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı bəlli olub

Xəbər verdiyimiz kimi, ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb. Mektebgushesi.az DİM-ə istinadən  xəbər verir ki, ümumilikdə 115.245 abituriyent ərizəsini təsdiqləyib. Ali təhsil müəssisələrinə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 110.354 nəfər olub. Bunun 100.259 nəfəri Azərbaycan bölməsinin, 10.095 nəfər rus bölməsinin abituriyentləridir. Tam orta (11 illik) təhsil bazasında kolleclərə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin […]

Rus dilində Respublika Olimpiadasının ikinci mərhələsi davam edir

  Azərbaycanda rus dilində 2024-cü il Respublika Olimpiadasının ikinci mərhələsi keçirilir. Mektebgushesi.az  Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu bilik yarışı ardıcıl 16-cı ildir keçirilir. Builki olimpiada Aleksandr Puşkinin anadan olmasının 225 və Mirzə Şəfi Vazehin 230 illiyinə həsr olunub. Olimpiadanın onuncu turu Xırdalan şəhərinin 11 saylı məktəbində keçirilib. Burada Masazır, […]