Xəbər verdiyimiz kimi, ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb.
Mektebgushesi.az DİM-ə istinadən  xəbər verir ki, ümumilikdə 115.245 abituriyent ərizəsini təsdiqləyib. Ali təhsil müəssisələrinə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 110.354 nəfər olub. Bunun 100.259 nəfəri Azərbaycan bölməsinin, 10.095 nəfər rus bölməsinin abituriyentləridir.

Tam orta (11 illik) təhsil bazasında kolleclərə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin sayı 96.667 nəfər olub. Bunlardan 89.858 nəfər Azərbaycan bölməsi üzrə, 6.809 nəfər rus bölməsi üzrə qeydiyyatdan keçib.

Bənzər yazılar