Mektebgushesi

AzMİU alimi hündür “ağıllı” binalarda seysmik davamlılığa nəzarət prosesini tədqiq edib

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnformasiya texnologiyaları və sistemləri” kafedrasında 18 oktyabr 2023-cü il tarixində elmi seminar keçirilib. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, seminarda professor Nailə Musayevanın “Hündür “ağıllı” binalarda seysmik davamlılığın pozulmasının gizli dövrünün başlanmasının “noise” nəzarət texnologiyaları” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, seysmik aktiv rayonlarda təhlükəsizliyin təmin edilməsi üçün hündür mərtəbəli […]

BDU-da yeni geosiyasi şəraitdə sosial inkişafın planlaşdırılmasına dair Respublika elmi konfransı keçirilib

  Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə  “Yeni geosiyasi şəraitdə sosial inkişafın planlaşdırılması və proqnozlaşdırılması yolları” mövzusunda Respublika elmi konfransı keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılış mərasimində BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov […]

BDU, “LU-MUN Holding” və İstanbul Universiteti birgə layihənin icrasına başlayıb

  Bakı Dövlət Universiteti (BDU), “LU-MUN Holding” və İstanbul Universiteti “Universitet-özəl sənaye sektoru” işbirliyi modeli çərçivəsində “Kür çayı və Xəzər dənizi suyunun abiotik amillərinin akvakultura şəraitində yetişdirilən nərəkimilərin rifahına təsirinin müqayisəli tədqiqi” adlı birgə elmi layihənin icrasına başlayıb. Bu barədə Mektebgushesi.az -a BDU-dan məlumat verilib. Tədqiqat layihəsinin əsas məqsədi akvakulturada, duzlu və ya şirin suda […]

MDU magistrantı Türkmənistanda beynəlxalq elmi müsabiqədə uğur qazanıb

  Mingəçevir Dövlət Universitetinin (MDU) magistrantı Murad Baxşəliyev Türkmənistanda “Yüksək texnologiyalar və innovativ layihələr” (High Technologies and Innovative Projections) adlı gənclər arasında beynəlxalq elmi yarışmada iştirak edib. Müsabiqə bu ilin mart ayında Türkmənistanın Elmlər Akademiyası, Təhsil Nazirliyi və Məhtimqulu adına Gənclər Təşkilatının Mərkəzi Şurası tərəfindən elan edilib. Azərbaycan, Belarus, Vyetnam, Gürcüstan, Qazaxıstan, Çin, Malayziya, Tacikistan, […]

“Caspian Energy Club” tərəfindən ADNSU-ya ekskursiya təşkil olunub

  “Caspian Energy Club” tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) ekskursiya təşkil olunub. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, ekskursiyada Latviya, Estoniya və Finlandiyanın təhsil qurumlarının, şirkət və universitetlərin nümayəndələri iştirak ediblər. İştirakçılar ADNSU və Azərbaycan-Fransız Universitetinin (UFAZ) auditoriyaları ilə tanış olublar. Sonra Heydər Əliyev lektoriyası ilə tanış olan nümayəndə heyətinə Ümummilli Lider Heydər […]

MDU-da ENGAGE Erasmus+ layihəsi çərçivəsində görülən işlər müzakirə edilib

  Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı görüş keçirilib. Görüşdə ali təhsil müəssisələrində universitet-sənaye işbirliyinin gücləndirilməsi, innovasiya və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi sahəsində qabaqcıl təcrübələri öyrənmək məqsədilə İsveçin KTH Kral Texnologiya Univerisitetində və […]

Gömrük Akademiyasının layihəsi Avropa Komissiyasının qalibi olub

  Layihə öz ixtisas profilinə görə dünyada, kateqoriyasına görə isə Azərbaycanda ilkdir Avropa İttifaqının (Aİ) Erasmus Mundus Dizayn Tədbirləri (“Erasmus Mundus Design Measures” – EMDM) proqramının beynəlxalq elanına uyğun olaraq, Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfindən Avropa Komissiyasına (AK) təqdim edilmiş layihə AK tərəfindən seçilərək qrant mükafatına layiq görülmüşdür. Layihə təkliflərinin AK tərəfindən dəyərləndirilməsində ən […]

Latviyanın RİSEBA Universiteti restovrasiya istiqamətində AzMİU-nun təcrübəsindən faydalanmaq niyyətindədir

  Latviya Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri – müşavirlər Viya Buşa və Elmira Mirzəyeva, həmçinin Latviyanın RİSEBA Universitetinin Memarlıq və dizayn fakültəsinin müəllimi, “Studio Around” MMC-nin təsisçisi Reinis Predelis Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. Qonaqlar AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva ilə görüşüblər. Görüşdə universitetin Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, Xarici […]

2023/2024-cü tədris ilində BDU-ya 159 əcnəbi tələbə qəbul olunub

Bakı Dövlət Universitetinə (BDU) 2023/2024-cü tədris ilində 159 əcnəbi tələbə qəbul edilib. Bunlardan 66-sı hazırlıq sektoruna, 7-si doktorantura, qalanları isə bakalavriat və magistratura səviyyələrinə daxil olub. 18 nəfər isə Hökümətlərarası Təqaüd Proqramı ilə BDU-da təhsil almaq haqqı qazanıb. 11 ölkəni (Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna) […]

ADNSU-da 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Şəhidlərin xatirəsi 1 dəqiqəlik […]

Briqham Yanq Universitetinin nümayəndə heyəti İlahiyyat İnstitutunda

  ABŞ-nin Yuta ştatında yerləşən Briqham Yanq Universiteti Humanitar fakültəsinin dekanı, prof. Skot Miller, dekan müavini dr. Grant Lundberg, Briqham Yanq Universiteti Dil Araşdırmaları Mərkəzinin direktoru dr. Ray Klifford və İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin nümayəndəsi Paul Pikard Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər. Aİİ rektoru, dosent Aqil Şirinov qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış […]

LDU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının  32-ci ildönümü ilə bağlı tədbir keçirilib

  Lənkəran Dövlət Universitetində(LDU) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümü ilə bağlı keçirilən tədbir torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Ulu öndər H.Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. LDU-nun “Tədrisin təşkili və təlim texnologiyaları” üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov tədbir iştirakçılarını salamlayaraq rektor, prof.Natiq İbrahimovun adından […]

AzTU və Pakistan universiteti arasında anlaşma memorandumu imzalanıb

  Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetinin (METU) nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə son illər həyata keçirilən yeniliklərdən danışıb. Rektor Azərbaycanla Pakistanın texniki universitetləri arasında tədris və tədqiqat sahəsində əməkdaşlığın […]

BSU-da partlayış təhlükəsinə qarşı maarifləndirilmə – “Metodiki tövsiyələr” in ingilis dilində nəşrinin təqdimatı keçirilib

BSU-da “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi “Metodiki tövsiyələr” in ingilis dilində nəşrinin təqdimatı keçirilib Oktyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi. Metodiki tövsiyələr” kitabının ingilis dillində “For the explosives ordnance (EORE) risk education of the staff and students (pupils) of educational institutions on […]

ADNSU ilə AREA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə  Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. İmzalanma mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA)  direktoru Cavid Abdullayev və rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin universitetin prorektorları, professor-müəllim heyəti iştirak ediblər. Tədbiri […]