Mektebgushesi

BDU-da “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyi və ali təhsil müəssisələrinin əməkdaşları arasında görüş

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi ilə nüfuzlu “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyi və Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları arasında görüş keçirilib. Görüşdə BDU-nun rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, 20-dən çox ali təhsil müəssisəsinin və “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyinin […]

ADPU-da Beynəlxalq Müəllimlər Günü qeyd olundu: Müəllim ömrü

Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Müəllim ömrü” adlı tədbir keçirilib. Tədbirdə Univeristet rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə yanaşı elmi ictimaiyyətin nümayəndələri də iştirak edib. Fakültənin dekanı dosent Reyhan Ağayeva giriş sözü ilə çıxış edərək, müəllimlərin cəmiyyətin əsas hərəkətverici […]

ADPU -nun Şamaxı filialının təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” adlı konfrans keçirilib

  Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə ilk dəfə prezident seçilməsinin 30-cu ildönümünə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirildi. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni […]

ADPU-da “EduSimbioz” layihəsinin bağlanış mərasimi keçirilib

Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “EduSimbioz – Təhsil üçün öyrən və öyrət” layihəsinin bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ADPU-nun Strateji İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin […]

BDU və İstanbul Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri genişləndirilir

Bakı Dövlət Universiteti (BDU) və İstanbul Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir. Bu məqsədlə BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı, gənclər siyasəti və sosial məsələlər üzrə müşaviri Xumar Məmmədbağırova, rəqəmsalllaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova İstanbul Texniki Universitetinə ezam olunublar. Oktyabrın 2-də İstanbul Texniki Universitetində keçirilən görüş […]

Türkiyənin sənaye və texnologiyalar naziri “Bilişim Vadisi Bakı”da yeni rezidentlərin açılışını edib

  Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib. Qonaqları AzTU-nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu qarşılayıb. Əvvəlcə “Bilişim Vadisi Bakı”nın […]

ADNSU -da tədrisin müasirləşdirilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fakültələr üzrə görüşlər təşkil olunub. Bu barədə Mektebgushesi.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, görüşlərdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov 2023-2024-cü tədris ilində qarşıda duran məsələlərdən, yeni hədəflərdən, həmçinin tədris və imtahan prosesinin təşkilindən danışıb. O, elmi məqalələrin optimallaşdırılması, fakültələr üzrə tədrisə müasir yanaşmaların tətbiq olunması, laboratoriyaların maddi-texniki […]

ADPU-ya qəbul olunan tələbələrin 70 faizi dövlət hesabına təhsil alacaq

Cari tədris ilində ADPU-ya qəbul olunan tələbələrin 64,1 faizi dövlət sifarişi əsasında qəbul olunub, 5,5 faizi isə güzəşt kateqoriyalarına daxil olduğu üçün təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Beləliklə, bu il də ADPU-ya qəbul olunan bakalavrların 70 faizə qədəri dövlət hesabına təhsil alacaq.

BSU-da əməkhaqqı artırılıb

  Bakı Slavyan Universitetinin (BSU) 2023/2024-cü tədris ili üzrə ilk Elmi Şurasının  genişləndirilmiş iclasında ali məktəbin bütün əməkdaşlarının əməkhaqqının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib. Belə ki, qərar müvafiq olaraq, inzibati, tədris köməkçi və xidmətedici heyətlər, həmçinin professor-müəllim heyəti olmaqla, universitetin şöbə, mərkəz və bölmələrində çalışan əməkdaşların hər birinə şamil olunur. Bununla da, […]

Bilal Ərdoğan İlahiyyat İnstitutunu ziyarət edib

  Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oğlu Nəcməddin Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Qonaqla İnstitut kollektivinin görüşü təşkil olunub. Görüşdə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib. Qarabağ və Çanaqqala şəhidlərinin ruhlarına Dəyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Fatih Okumuş tərəfindən Quran tilavəti təqdim olunub. Açılış nitqi […]

“TCS” şirkəti tərəfindən ADNSU-nun bir qrup müəlliminə SƏTƏM sertifikatları verilib

Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qaz-neft-mədən fakültəsinin (QNMF) “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi ” kafedrasının 14 nəfər müəlliminə SƏTƏM sertifikatları verilib. Müəssisələrdə SƏTƏM xidmətlərinin yaradılması və bu xidmətlər üçün işçi personalının hazırlanması məqsədilə “TCS” şirkəti ilə ADNSU arasında bağlanmış müqaviləyə əsasən ADNSU-nun “Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi ” kafedrasının müəllim heyətinə […]

ADU-da Anım Gününə həsr olunmuş “Zəfər yolunda” adlı tədbir keçirilib

  Azərbaycan Dillər Universitetində (ADU) 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə universitetin əməkdaşları, müəllimləri və tələbələr iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADU-nun rektoru akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, 27 sentyabr gününün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu […]

AzMİU-da 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib. AzMİU-nun şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önündə keçirilən anım tədbirində şəhid ailələri, qazilər, müharibə iştirakçıları, universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Açılışdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib. AzMİU-nun rektoru […]

AzMİU-da Anım Gününə həsr olunmuş intellektual yarış keçirilib – FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Başlanğıc” adlı “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.   AzMİU-dan Mektebgushesi.az-a bildirilib ki, tələbələr Azərbaycan tarixi və II Qarabağ müharibəsi mövzuları ilə bağlı 24 sualı cavablandırıblar. Yarışın sonunda qalib komandalar müəyyənləşdirilərək TGT tərəfindən mükafatlandırılıb. […]

BDU-da Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilir

Bakı Dövlət Universitetində (BDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilir. Dərslərdə müəllimlər tərəfindən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfəri haqqında məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən və şücaətindən bəhs edilib. Xüsusi dərslərdə həmçinin bu […]