Mektebgushesi

İlahiyyat İnstitutunda Anım Günü tədbiri

  Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Aİİ-nin IV kurs tələbəsi Əmrah Eminov tərəfindən şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib. Aİİ rektoru, dosent Aqil Şirinov Anım Günü tədbirində çıxış edərək, Vətən müharibəsində […]

ADNSU əməkdaşları ilə SOCAR-ın nümayəndələri arasında işçi görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları ilə SOCAR-ın nümayəndələri arasında işçi görüş olub. Bu barədə  ADNSU-dan məlumat verilib. SOCAR-ın İşə qəbul şöbəsinin rəisi Cavid Umbayev, həmin şöbənin rəis müavini Həmid İsrafilov, kadrlar üzrə mütəxəssis Aygün Qaniyeva, ADNSU rektorunun universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru […]

ADU-da “Payızın ortası” Çin bayramı qeyd olunub 

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çinin ənənəvi bayramı olan “Payızın ortası” – Çin Yeni ilindən sonra ikinci ən mühüm bayram olan “Çjonçücye”yə həsr olunmuş onlayn tədbir keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çjonçücye” bayramının tarixindən danışıb. R. Abbasov bu bayramın ailə üzvləri ilə, yaxın qohumlarla və dostlarla birlikdə qeyd […]

ADPU TGT 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla […]

Ucarda “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

2023-cü ilin sentyabrın 25-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Ucar rayonunda “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib. Heydər Əliyev Fondu tərəfindən tikilmiş Ucar rayonu Rəstəcə kənd tam orta məktəbində baş tutan tədbirdə  MDU-nun rektoru Şahin […]

BDU və Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Özbəkistanda səfərdə olan Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Səmərqənd Dövlət Universitetinin rektoru, Özbəkistan Respublikası Ali Məclisinin Senatının üzvü, professor Rustam Xalmuradovla görüşüb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, BDU-nun rektoru Elçin Babayev bildirib ki, türkdilli ölkələr arasında münasibətlərin daha da inkişafında, xalqların yaxınlaşmasında elm-təhsil müəssisələri xüsusi rola malikdir. Elçin Babayev Azərbaycan və Özbəkistan arasında münasibətlərin […]

ADNSU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Vətən müharibəsində şəhid olmuş 23 nəfər ADNSU məzununun xatirəsinə salınmış Kompleksin önünə yürüş və əklil qoyulması ilə başlanıb. Universitetin Akt zalında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin […]

27 Sentyabr Anım Gününə həsr olunmuş dəyirmi masa

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 27 Sentyabr Anım Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələri iştirak edirdi. İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir  dəqiqəlik sükütla yad edildi. Filialın direktoru dosent Tünzalə Yusifova tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, […]

Əcnəbi müəllimlər AzTU-da elmi təcrübə proqramında iştirak edir

Qazaxıstanın Qorqud Ata Qızılorda Universitetinin Energetika sənayesi, texnosferin təhlükəsizliyi və ekologiya kafedrasının müdiri Gülnar Sıdıkova və İnformatika, informasiya və kommunikasiya texnologiyaları üzrə baş müəllimi Janna Asanova Azərbaycan Texniki Universitetində (AzTU) elmi təcrübə proqramında iştirak edirlər. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, Qonaqlar AzTU-ya səfərləri çərçivəsində rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Qeyd olunub ki, Qızılorda […]

BDU-da Xəzərin səviyyəsinin dəyişməsinin oturaq quş populyasiyalarının çoxalmasına təsiri üzrə tədqiqatlar davam edir

Bakı Dövlət Universitetinin (BDU) Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev və kafedranın doktorantı Natəvan Kərimovanın həmmüəllifi olduqları “Xəzər dənizində suyun səviyyəsinin enməsinin Qızılağac körfəzində oturaq quş populyasiyalarının  çoxalma davranışına təsiri” (Influence of water level reductıon ın the Caspıan sea on the breedıng behavıour of sedentery bırd populatıons ın Gızılaghaj bay) adlı məqalə “Web […]

Qardaş Türkiyənin iki professoru MDU-da fəaliyyətə başlayıb

Qardaş Türkiyənin iki alimi – Qazi Universitetinin professoru Cemal Yılmaz və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) professoru Evren Güçer Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyətə başlayıb. Bu münasibətlə, sentyabrın 21-də MDU-nun rektoru Şahin Bayramov qonaq alimlərlə görüşüb. MDU ailəsinin üzvləri kimi qonaq alimləri salamlamaqdan məmnunluğunu ifadə edən rektor qardaş ölkənin tərəfdaş universitetləri ilə əməkdaşlığın dinamik […]

ADNSU – da “Süni intellektin gələcəyi” – tələbələr üçün seminar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Fransız Universitetinin (UFAZ) elmi eksperti və Strasburq Universitetinin kompüter elmləri ixtisası üzrə professoru Pierre Collet tələbələrə “Süni intellektin gələcəyi” mövzusunda seminar keçib. Bu barədə ADNSU-dan məlumat verilib. ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə təhsil alan III kurs tələbələrinin iştirak […]

Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində olub – FOTO

Elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində (SDU) olub. SDU-nun rektor və professor-müəllim heyəti ilə görüşən Emin Əmrullayev ölkənin elmi-intellektual potensialının inkişafına töhfələr vermiş müəssisənin tarixi inkişaf yolu və region üçün mütəxəssis hazırlığı sahəsində əhəmiyyətindən danışıb. Bununla yanaşı, nazir dövlətin inkişaf prioritetlərinə uyğun olaraq universitetin qarşısında duran vəzifələri qeyd edib. Kollektivə uğurlar arzulayan […]

MDU-da dəyirmi masa: “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır”

  2023-cü il sentyabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümünə həsr olunan “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü iştirak edib. Əvvəlcə, Ümummilli liderimiz Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla […]

AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə iştirak edib

  Azərbaycan Texniki Universitetinin (AzTU) Yeni Materiallar və Nanotexnologiya Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Metallurgiya və materiallar texnologiyası kafedrasının professoru Əmdulla Mehrabov Qırğızıstanın Bişkek şəhərində 5-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresində iştirak edib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, konqres Qırğızıstan-Türkiyə Manas Universiteti (KTMU), Niğde Ömer Halisdemir Universiteti (NOHU) və AzTU-nun əməkdaşlığı çərçivəsində təşkil olunub. Tədbirin […]