Mektebgushesi

İlahiyyat İnstitutunun rəhbərliyi Şirvanda din xadimləri ilə görüşüb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentləri maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib. Şirvan şəhər məscidində təşkil edilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi və din xadimləri iştirak ediblər. Şirvan Şəhər […]

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri ADPU-da olublar

Aprelin 19-da Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Zinnurov İrek Xaydaroviç, şöbə müdiri Nenaşeva Natalya Anatolyevna, baş mütəxəssisi Kondratyeva Kristina İvanovna və Azərbaycandakı Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Yakunina Lubov Timofeyevna Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar. Görüşdə ADPU–nun rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev və Beynəlxalq əlaqələr […]

LDU-da maarifləndici təlim keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Beynəlxalq indekslər, elmi məqalələrin yazılması və Beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda təlim keçirilib. Təlimdə LDU-nun professor-müəllim heyəti, doktorantlar, dissertantlar, magistr və tələbələr iştirak ediblər.  Təlimçi Bakı Dövlət Universitetinin dos.Pərviz Kazımi iştirakçılara elmi məqalələrin strukturunun formalaşdırılması, beynəlxalq indekslər haqqında, beynəlxalq jurnallarda Q1, Q2, Q3 nəşrlərlə bağlı elmi jurnalların araşdırılması və seçilmə qaydaları, saxta […]

LDU  Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yığıncağı keçirilib. Yığıncaq iştirakçıları ilk öncə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Hesabat seçki yığıncağını Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açıb və […]

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

  Ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Azərbaycan Dillər Universitetində olub. Mektebgushesi.az xəbər verir ki, görüşdə universitetin rektoru akademik Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, burada tədris olunan xarici dillər və görülən işlər barədə […]

ADPU-da akademik Vaqif Abbasovun elmi seminarı keçirilib

Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun “Qlobal ekoloji problemlər: səbəbləri, həlli yolları. Yaşıl kimya” mövzusunda elmi seminarı keçirilib. Əvvəlcə Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov qonaqlarla görüşüb. Görüşdə universitetin faydalı əməkdaşlıqlara […]

UNEC beynəlxalq reytinqində dünya universitetləri ilə eyni qrupa daxil olub

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-in (Quacquarelli Symonds) 2024-cü ilin aprel ayında açıqladığı reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yüksəltmiş UNEC, dünya universitetləri ilə eyni qrupa daxil olmaqla yanaşı, digər universitetlərdən də öndə yer alıb. Belə ki, reytinqdə 351-400 yerdə qərarlaşan UNEC “İqtisadiyyat və ekonometrika” fənni sahəsi üzrə Böyük Britaniyanın Aston Universiteti, Türkiyənin Sabançı […]

ADPU-nun prorektoru Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib  

Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində keçirilən görüşdə Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya Dünya Söz Akademiyasının fəxri akademik üzvlüyü diplomu təqdim olunub. Təqdimat mərasimində ADPU-nun rektoru, prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dos. Eldar Aslanov, Tədris departamentinin direktoru, dos. Sənan Əliyev, Filologiya fakültəsinin dekanı, dos. Könül Həsənova, Dünya […]

BSU-da  “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans keçirilib

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Plenar iclası giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev konfrans iştirakçılarını və qonaqları salamlayıb. Rektor Azərbaycanda inklüziv təhsilin təşkili sahəsinə mühüm işlər görüldüyünü qeyd edərək bu istiqamətdə müvafiq qanunvericilik bazasının formalaşdığını diqqətə çatdırıb. O, 2009-cu ildə Azərbaycan Respublikasının […]

AzTU-da tələbə elmi konfransı keçirilib – FOTO

Azərbaycan Texniki Universiteti (AzTU), Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ali təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər təşkilatlarının təşkilatçılığı ilə aprelin 15-də Bakı şəhərində “COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda tələbə elmi konfransı keçirilib. AzEdu.az xəbər verir ki, elmi konfransın rəsmi açılış mərasimi dövlət […]

ADNSU ilə Vorvik Universitetinin İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada iclası keçirilib

Aprelin 15-dən Böyük Britaniyada Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Vorvik Universiteti “Warwick Manufacturing Group” (WMG) ilə birgə bərpa olunan enerji sahəsində İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada görüşlərinə başlanıb. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, ADNSU-nun […]

Pedaqoji Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) XVIII hesabat-seçki konfransı keçirilib. Konfransda ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, ADPU THİK-in keşmiş sədri, dosent Vurğun Məmmədov və ittifaqın üzvü olan tələbələr iştirak ediblər. Sədr səlahiyyətlərini müvəqqəti icra edən Cəmilə Qurbanova konfransı açıq elan edərək iştirakçıları salamlayıb və konfransda ötən 7 illik […]

10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə […]

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Bakı Mühəndislik Universiteti (BMU) 2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. Ümumilikdə 10 istiqamət üzrə aparılan qəbul diferensial tənliklər, neft kimyası, inşaat mexanikası, materiallar texnologiyası, enerji texnologiyası, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, sahə iqtisadiyyatı, texniki estetika və dizayn, memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası, şəhərsalma, yaşayış […]

UNEC fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər. Elmlər doktoru proqramı üzrə isə seçdikləri sahədə elmi və ya […]