Mektebgushesi

UNEC-in 9 tələbəsi və məzunu Almaniyanın DAAD təqaüdünün qalibi olub

Almaniyanın “DAAD təqaüdləri 2023” proqramının qalibi olan azərbaycanlı tələbələrin və məzunların mükafatlandırılması mərasimi keçirilib. Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemanın iqamətgahında keçirilən tədbirdə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova və tələbələr iştirak ediblər. Tədbir zamanı səfir Ralf Horleman bildirib ki, 26 azərbaycanlı tələbə və məzun DAAD təqaüdü ilə Almaniyanın müxtəlif  universitetlərində  magistr proqramı üzrə təhsil […]

BDU tələbələri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim və tələbə kollektivi 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”)  Sərgisini ziyarət ediblər. Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro” sərgisi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli  və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distributorlar, […]

Venesuela parlamentinin nümayəndə heyəti ADU-nun qonağı olub

  Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla universitetin qonağı olan Venesuela parlamentinin nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətini rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirən rektor universitetin geniş beynəlxalq əlaqələrindən danışıb, tədris olunan dillər haqqında məlumat verib. Qeyd olunub ki, ADU-da 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Görüşdə […]

“Qarabağı göstərib soruşurdu ki, bura necə Ermənistanın ərazisi ola bilər?” – Professor Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini bölüşüb

  “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi və Ümummilli Liderin köməkçisi vəzifələrində çalışmış, tarix elmləri doktoru professor Dilarə Seyidzadə ilə müəllim və tələbələrin görüşü keçirilib. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonağı salamlayıb və görüşün əhəmiyyətdən danışıb. Rektor qeyd edib ki, […]

Aİİ rektoruna “Fəxri doktor” diplomu təqdim edilib

  Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Elm və Mədəniyyət Günləri çərçivəsində keçirilən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında mədəni və elmi əlaqələrin inkişafında ilahiyyat və multikulturalizm təcrübəsinin rolu” mövzusunda “dəyirmi masa”da iştirak edib. Tədbirdə Aqil Şirinova Moskva […]

Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak ADU-nun qonağı olub

  Mayın 17-də Azərbaycan Dillər Universitetində Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakla görüş keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Macarıstan dost ölkələrdir. Qarşılıqlı etimada və dəstəyə əsaslanan elmi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Biz […]

Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev xatirələrdə” layihəsinin açılışı olub

  Mingəçevir Dövlət Universitetinin (MDU) “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı görüş keçirilib. Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, MDU-nun tələbə və əməkdaşları, Mingəçevir şəhəri üzrə ümumtəhsil məktəblərinin direktorları, gənc müəllim və şagirdlər iştirak ediblər. Görüşdən əvvəl ümummilli liderin MDU-nun inzibati binasındakı büstü önünə güllər düzülüb, xatirəsi […]

LDU-da “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans

  LDU-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Torpaqşünaslıq və Aqrokimya İnstitutu”  və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda birgə elmi – praktik konfrans  işinə başlayıb. Konfrans iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, […]

AzMİU ilə AIESEC Azərbaycan təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb

  Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə AIESEC Azərbaycan təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov və AIESEC Azərbaycan təşkilatının rəhbəri Rəsul Göyüşov imzalayıblar. Memorandumda universitetlə təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsi, tələbələrin təşkilatın innovativ layihələrinə cəlb edilməsi, startapların stimullaşdırılması işlərinin aparılması üçün əlaqələrin gücləndirilməsi və digər istiqamətlərdə əməkdaşlıq […]

AzMİU THİK-ə yeni sədr seçilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) növbədənkənar büro seçkiləri keçirilib. Seçkilərdə THİK-in üzvləri ilə yanaşı, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, universitetin prorektorları, fakültə dekanları və struktur rəhbərləri iştirak ediblər. AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru […]

ADNSU-da elektron elm və təhsil xidmətləri barədə maarifləndirici görüş keçirilib

  May ayının 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlər barədə tələbələrinin maarifləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tədbir iştirakçılarını salamlayaraq görüşün məqsədi və tələbələr üçün əhəmiyyətindən danışıb. Elm və Təhsil nazirliyinin əməkdaşları Aysel Baxşəlizadə, Həmid Qasımov, İlkin […]

BSU-nun Beynəlxalq elmi konfransının bölmə iclası LDU-da keçirilib  

Mayın 16-da bu ilin 4-5 may tarixlərində Bakı Slavyan Universitetində (BSU)  “Heydər Əliyev İli” çərçivəsində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı Beynəlxalq elmi konfransın “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə” adlı 15-ci bölməsi Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti ( […]

AzMİU əməkdaşları Yıldız Texniki Universitetində olublar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika kafedrasının baş müəllimi Reyhan Əkbərli və Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova Erasmus+ KA1 beynəlxalq mübadilə proqramı çərçivəsində Türkiyənin Yıldız Texniki Universitetində (YTU) ezamiyyətdə olublar. Səfər zamanı AzMİU əməkdaşları YTU-nun beynəlxalq əlaqələr koordinatoru Murat Turhan və Erasmus koordinatoru Armağan Akkoçla görüşüblər. Görüşdə YTU-nun beynəlmiləlləşmə strategiyası və təcrübəsi […]

BDU-nun doktoranturasına qəbul imtahanlarında 291 nəfər iştirak edəcək

  Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 2023-cü il üçün doktoranturaya qəbul imtahanlarına 291 nəfər qatılacaq. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında 279 namizəd iştirak edəcək. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani bölməsinə 103, qiyabi bölməsinə 164, dissertanturaya 12 nəfər sənəd verib. Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında […]

 LDU-da “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda Beynəlxalq  elmi konfrans keçirilib.

  Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş   “Azərbaycanşünaslığın aktual məsələləri”(tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə) adlı Beynəlxalq Elmi konfransın “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə”   bölməsi bu gün LDU-da işinə başlayıb. Beynəlxalq elmi konfransın  iştirakçıları ilk […]