Mektebgushesi

İtaliyalı professor AzMİU tələbələrinə abidələrin bərpası istiqamətində mühazirə oxuyub

  İtaliyanın Milan Politexnik Universitetinin professoru Nora Lombardini Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) mühazirə oxuyub. Erasmus+ proqramı çərçivəsində universitetdə qonaq olan professor Memarlıq fakültəsinin tələbələrinə İtaliyada abidələrin bərpası istiqamətində görülən işlərdən, tarixi və müasir binalarda aparılan restavrasiya və konservasiya işlərindən bəhs edib. Mühazirə tələbələr tərəfindən maraqla qarşılanıb. Professor görüşün sonunda tələbələrin suallarını cavablandırıb. Xatırladaq […]

BMU-da “Süni İntellekt: neyrolinqvistik proqramlaşdırma” mövzusunda seminar

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Süni İntellekt: neyrolinqvistik proqramlaşdırma” mövzusunda seminar keçirilib. mektebgushesi.az  xəbər verir ki, BMU-nun müəlim və tələbələrinin iştirakı ilə keçirilən seminarda “Azerconnect” MMC-nin əməkdaşları Natiq Məmişli və Nicat Zeynalov çıxış ediblər. Çıxışlarda proqnozlaşdırılan modellərin avtomatlaşdırılmasında süni intellektin rolu, süni intellekt sistemlərinin tədqiqi, layihələndirilməsi, qurulması, dizaynı və tətbiqi, […]

“Ailəm və məktəbim” layihəsi çərçivəsində intellektual oyun keçirilib

“Ailəm və məktəbim” layihəsi çərçivəsində paytaxtdakı 193 nömrəli tam orta məktəbdə intellektual oyun keçirilib. İntellektual oyunun keçirilməsində əsas məqsəd ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürmək, gəncləri yaşlılara hörmət ruhunda tərbiyə etmək, cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir. Beynəlxalq Ailə Gününə həsr olunan intellektual oyunda […]

BDU-nun həmtəşkilatçılığı ilə Özbəkistanda Avrasiyanın biomüxtəlifliyinin mühafizəsinə dair beynəlxalq konfrans keçirilir

Bakı Dövlət Universiteti  (BDU), Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I Beynəlxalq konfrans keçirilir. Andijan Dövlət Universitetində keçirilən konfransda Türkiyə, Azərbaycan, Özbəkistan, Pakistan, Tacikistan, Qırğızıstan və Rusiyadan alimlər iştirak edirlər. BDU-nu konfransda Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biofizika və biokimya kafedrasının […]

“Yüksəliş” müsabiqəsi BSU-da təlimlərə başlayıb

  “Yüksəliş” müsabiqəsinin qalibləri, ekspert və təlimçiləri tərəfindən Bakı Slavyan Universitetinin (BSU) gənc əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq silsilə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, mayın 15-də “Yüksəliş” müsabiqəsi BSU-da “Uğurlu təqdimatın sirləri” mövzusunda təlim təşkil edib. Təlimdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Prezident İlham Əliyevin 2019-cu il iyulun […]

AzTU-da Dünya Robot Olimpiadasına hazırlıqla bağlı infosessiya keçirilib -FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Robot Olimpiadasına hazırlıqla bağlı məlumatlandırma sessiyası keçirilib. Tədbirdə çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev olimpiadada iştirak qaydaları, mərhələlər və digər vacib məqamlar haqqında tələbələrə ətraflı məlumat verib. Rəşad Əliyev ötən il Dünya Robot Olimpiadasında 3-cü yerə layiq görülən AzTU-nun “Platon Tech” komandası barədə də danışıb. Bildirib ki, ötən il 76 […]

“İnşaat mühəndisliyində ilk addımlar” – Peşəkarlar tələbələrlə təcrübələrini bölüşüblər

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qruplarının İnşaat mühəndisliyi ixtisasında təhsil alan tələbələri üçün təlim keçirilib. “İnşaat mühəndisliyində ilk addımlar” adlı təlimdə “Hill Academy”nin peşəkar müəxəssisləri – Ərəstun Həsənov, Yaqub Mehdiyev və Araz Qurbanlı inşaat sahəsində beynəlxalq standartların tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması istiqamətində geniş təqdimatla çıxış edib. Təqdimatlardan sonra Ərəstun […]

UNEC-in qalib olduğu Erasmus+ proqramı üzrə “REFRESH” layihəsinin təqdimatı olub

  UNEC-də Avropa komissiyasının Erasmus+ proqramının KA2 (Ali təhsildə bacarıqların artırılması) fəaliyyət növü üzrə qalib olduğu “REFRESH” layihəsinin təqdimatı keçirilib. “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” mövzusunda qalib olan layihənin təqdimatında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri […]

AzTU tələbələri üçün fərdi konsultasiya keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının birgə təşkilatçılığı ilə AzTU tələbələri üçün ekspres karyera konsultasiya xidməti həyata keçirilib. mektebgushesi.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının mütəxəssisi Nərgiz Bayramova fərdi konsultasiyalardan yararlanan tələbələri karyera planlaması, əmək bazarı, rezüme (CV) və istək məktubun hazırlanması, iş müsahibələrinə […]

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilir

  DİM 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edir. Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 25 may saat 23:59-dək internet vasitəsi ilə aparılır. 2023-cü ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci […]

BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə

  Bakı Dövlət Universitetində (BDU) təkrar ali təhsil almaq istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. Bu barədə  BDU-dan məlumat verilib. Sənəd qəbulu prosesi avqustun 31-də saat 18.00-da başa çatacaq.

Mingəçevir Dövlət Universiteti və Tümen Dövlət Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

  Bakıdakı Rus evində Mingəçevir Dövlət Universiteti və Tümen Dövlət Universiteti arasında əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi keçirilib. Rus evinin mətbuat mərkəzindən  verilən məlumata görə, imzalanma mərasimini Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov açıb. Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov tədbirdə çıxış edərək, ali məktəblər arasında imzalanan sazişin gənclər layihələrinin həyata keçirilməsi və təhsil proqramlarının […]

ADNSU-nun rektoru Çin Xalq Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb. Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı universitetdə mövcud olan təhsil və tədris prosesi, əcnəbi təlbələr, beynəlxalq əməkdaşlıq əlaqələri və gələcək layihələrlə bağlı qonağa geniş məlumat […]

ADMİU ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edir

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edir. Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, qəbul musiqişünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), rejissorluq (teatr rejissoru), kinoşünaslıq ixtisasları üzrə aparılır. Qeyd olunan ixtisaslar üzrə tədris […]

AzTU beynəlxalq əməkdaşlığı genişləndirir

  Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Selçuk Universitetinin nəzdindəki Konya Texnoparkı (Konya Teknokent) və Pakistanın Quaid-i-Azam və İslamabad Vəqf universitetləri arasında anlaşma memorandumları imzalanıb. AzTU-dan bildirilib ki, Türkiyə və Pakistan ali təhsil müəssisələri ilə imzalanmış memorandumlarda tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat və innovasiya fəaliyyətində universitetlərin mövcud potensial və resurslarından birgə istifadə, habelə universitet-sənaye işbirliyinin inkişafı […]