Mektebgushesi

Aİİ rektoruna “Fəxri doktor” diplomu təqdim edilib

  Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Elm və Mədəniyyət Günləri çərçivəsində keçirilən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında mədəni və elmi əlaqələrin inkişafında ilahiyyat və multikulturalizm təcrübəsinin rolu” mövzusunda “dəyirmi masa”da iştirak edib. Tədbirdə Aqil Şirinova Moskva […]

Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak ADU-nun qonağı olub

  Mayın 17-də Azərbaycan Dillər Universitetində Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakla görüş keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Macarıstan dost ölkələrdir. Qarşılıqlı etimada və dəstəyə əsaslanan elmi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Biz […]

Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev xatirələrdə” layihəsinin açılışı olub

  Mingəçevir Dövlət Universitetinin (MDU) “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı görüş keçirilib. Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, MDU-nun tələbə və əməkdaşları, Mingəçevir şəhəri üzrə ümumtəhsil məktəblərinin direktorları, gənc müəllim və şagirdlər iştirak ediblər. Görüşdən əvvəl ümummilli liderin MDU-nun inzibati binasındakı büstü önünə güllər düzülüb, xatirəsi […]

LDU-da “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans

  LDU-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Torpaqşünaslıq və Aqrokimya İnstitutu”  və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda birgə elmi – praktik konfrans  işinə başlayıb. Konfrans iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, […]

AzMİU ilə AIESEC Azərbaycan təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb

  Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə AIESEC Azərbaycan təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov və AIESEC Azərbaycan təşkilatının rəhbəri Rəsul Göyüşov imzalayıblar. Memorandumda universitetlə təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsi, tələbələrin təşkilatın innovativ layihələrinə cəlb edilməsi, startapların stimullaşdırılması işlərinin aparılması üçün əlaqələrin gücləndirilməsi və digər istiqamətlərdə əməkdaşlıq […]

AzMİU THİK-ə yeni sədr seçilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) növbədənkənar büro seçkiləri keçirilib. Seçkilərdə THİK-in üzvləri ilə yanaşı, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, universitetin prorektorları, fakültə dekanları və struktur rəhbərləri iştirak ediblər. AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru […]

ADNSU-da elektron elm və təhsil xidmətləri barədə maarifləndirici görüş keçirilib

  May ayının 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlər barədə tələbələrinin maarifləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tədbir iştirakçılarını salamlayaraq görüşün məqsədi və tələbələr üçün əhəmiyyətindən danışıb. Elm və Təhsil nazirliyinin əməkdaşları Aysel Baxşəlizadə, Həmid Qasımov, İlkin […]

BSU-nun Beynəlxalq elmi konfransının bölmə iclası LDU-da keçirilib  

Mayın 16-da bu ilin 4-5 may tarixlərində Bakı Slavyan Universitetində (BSU)  “Heydər Əliyev İli” çərçivəsində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı Beynəlxalq elmi konfransın “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə” adlı 15-ci bölməsi Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti ( […]

AzMİU əməkdaşları Yıldız Texniki Universitetində olublar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika kafedrasının baş müəllimi Reyhan Əkbərli və Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova Erasmus+ KA1 beynəlxalq mübadilə proqramı çərçivəsində Türkiyənin Yıldız Texniki Universitetində (YTU) ezamiyyətdə olublar. Səfər zamanı AzMİU əməkdaşları YTU-nun beynəlxalq əlaqələr koordinatoru Murat Turhan və Erasmus koordinatoru Armağan Akkoçla görüşüblər. Görüşdə YTU-nun beynəlmiləlləşmə strategiyası və təcrübəsi […]

BDU-nun doktoranturasına qəbul imtahanlarında 291 nəfər iştirak edəcək

  Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 2023-cü il üçün doktoranturaya qəbul imtahanlarına 291 nəfər qatılacaq. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında 279 namizəd iştirak edəcək. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani bölməsinə 103, qiyabi bölməsinə 164, dissertanturaya 12 nəfər sənəd verib. Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında […]

 LDU-da “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda Beynəlxalq  elmi konfrans keçirilib.

  Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş   “Azərbaycanşünaslığın aktual məsələləri”(tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə) adlı Beynəlxalq Elmi konfransın “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə”   bölməsi bu gün LDU-da işinə başlayıb. Beynəlxalq elmi konfransın  iştirakçıları ilk […]

MDU-nun iştirak etdiyi növbəti Erasmus+ layihəsinin icrasına start verilib

  2023-cü ilin mayın 15-də Azərbaycan Dövlət İqtisad Univesitetində (UNEC) Mingəçevir Dövlət Universitetinin (MDU) də tərəfdaşı olduğu “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” adlı Erasmus+ layihəsinin təqdimatı keçirilib. Təqdimat mərasimində Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət […]

BDU-da “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə” adlı seminar təşkil olunub

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin könüllülərinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə” adlı seminar təşkil olunub. Seminarda fakültənin dekan müavini Şamo Cəbrayılov, kafedra müdiri Fərhad Mirzəyev, müəllim Reyhan Yusifqızı, fakültənin könüllüləri və tələbələri iştirak ediblər. Çıxış edən Reyhan Yusifqızı […]

Sərbəst güləş üzrə açıq birincilikdə AzMİU-nun 18 tələbəsi qalib olub -FOTO

  Mayın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilib. Yarışda AzMİU-nun rəhbərliyi, Yunan-Roma güləşi üzrə Dünya və Avropa çempionatlarının mükafatçısı Taleh Məmmədov, pəhləvan güləşi üzrə dəfələrlə Dünya və Avropa çempionu olan Vüsal Cavadov, Bakı Şəhər Gənclər və İdman […]

BDU-da Respublika elmi konfransı: “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə”

  Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” adlı Respublika elmi konfransı keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik […]