Mektebgushesi

Sabiq məktəb direkoru həbs edilib

Mənimsəmə və rüşvət alma kimi cinayətlərdə təqsirləndirilən Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyevə hökm oxunub. Mektebgushesi.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İngilis Tağıyevin məktəbin bir neçə müəllimini şantaj edərək rüşvət aldığı, məktəb üçün ayrılan vəsaitləri ələ keçirdiyi bildirilib. Bəlli olub ki, 2002-ci ildən 2022-ci ilədək məktəbə rəhbərlik etmiş İ.Tağıyev […]

Elm və təhsil naziri Emin Əmrullayev vətəndaşları qəbul edəcək

  Elm və təhsil naziri Emin Əmrullayev 17 may tarixində Masallı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər. Bu barədə nazirlikdən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, adları çəkilən rayonların sakinləri 10 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 […]

Yayda keçiriləcək imtahanlarla bağlı YENİLİK

  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. “İştirakçılar nəzərə almalıdırlar […]

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? – FOTO

  Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında, teatrlarda, idman zallarında və sürücülük məktəblərində 10-15% civarında endirimlərdən yararlanırlar. Ölkənin bəzi universitetlərinin ərazilərində tələbələr […]

Iş yerini dəyişən müəllimlərin vakansiya seçimi yekunlaşır

  Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az- a bildirilib ki, vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq. Vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər. Xatırladaq ki, aprelin 17-dən 19-dək keçirilmiş vakansiya seçimi […]

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

  Dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 326 alternativ qeydiyyat mərkəzi yaradılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əhatə dairəsi üzrə 27, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 11, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 18, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 23, […]

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədiyə səfər edib

Aprelin 26-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Ağcabədi rayonunda olub. Əvvəlcə Ağcabədi şəhərində Şəhidlər xiyabanı ziyarət edilib və onların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb. Səfər çərçivəsində Mətin Kərimli Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşərək fikir mübadiləsi aparıb. Sonra Aparat rəhbəri Ağcabədi şəhəri 8 nömrəli körpələr evi-uşaq bağçasında olub, […]

10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. Mektebgushesi.az xəbər verir ki, Olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edib. Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyi, Təhsil […]

Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları

Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı simptomları tez-tez müşahidə edilir. Xezerxeber.az-ın məlumatına görə, bu cür simptomlarla bağlı müraciət edənlərin sayında da artım var. Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirib ki, qızılca ilə oxşar simptomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir: “Bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar […]

Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat yekunlaşır

Müsabiqədə iştirak etmək üçün ölkənin müxtəlif regionlarından peşəkar metodist kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat fənn müəllimləri dəvət olunurlar. Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır: • Pedaqoji […]

“Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda “dəyirmi masa” keçirilib

26.04. 2024 tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi “Təhsil Ekspertləri Mərkəzi” ilə birgə “Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda dəyirmi masa keçirmişdir. Mektebgushesi.az xəbər verir ki, dəyirmi masada Millət vəkilləri Ceyhun Məmmədov Elm Və Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev Bakı Şəhər Təhsil […]

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

Çinin Şençjen şəhərində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) təşkil edilib. Təhsil İnstitutundan  bildirilib ki, milli komandamız uğurla iştirak edərək ölkəmizə 3 medal qazandırıb. Bakı şəhəri, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 3 şagird bürünc medal […]

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

  Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq. Nazirlikdən Mektebgushesi.az -a bildirilib ki, bildirilib ki, vətəndaşlar 146–0–10 nömrəsi ilə əlaqə yaratmaqla Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

  Fəaliyyət sahəsinə dünyada İsveç haqqında məlumatların yayılması, mədəniyyət, təhsil, elm sahələrində beynəlxalq əlaqələrin təşkili daxil olan İsveç İnstitutu hər il əcnəbi tələbələrin İsveç universitetlərində magistr təhsili alması üçün təqaüd ayırır. 2024-2025-ci tədris ilində Afrika, Asiya, Şərqi Avropa və Latın Amerikasının 35 ölkəsindən çox sayda gənc təqaüd alıb. Bu il təqaüdçülər üçün ayrılan büdcənin məbləği […]

Məktəb və bağçalarda yaz tətili başlayır

  Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində əlavə yaz tətili başlanır. Bu barədə Mektebgushesi.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, tətildən sonra ilk dərs günü mayın […]