Mektebgushesi

Olimpiadanın final turuna 218 şagird vəsiqə qazanıb

  Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında filosof-alim Nəsirəddin Tusinin doğum günündə keçirilən Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın rayon turunun nəticələri elan olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən  Naxçıvan bürosuna bildirilib ki, olimpiadada iştirak edən 957 şagirddən 218-i final turuna vəsiqə qazanıb. Qeyd edək […]

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

20 fevral saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, 20 fevral 2024-cü il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də 1 mart 2024-cü il tarixindən […]

Gender bərabərliyi pozulur: Ali təhsil müəssisəsində təhsil alan 187 min tələbənin 110 minə qədəri qızlardır – VİDEO

  Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin yarıdan çoxu qızlardır. Onlar daha çox pedaqoji ixtisaslara üstünlük verirlər. Xüsusi təyinatlı təhsil müəssisələrində, hərblə bağlı ixtisaslarda isə oğlanların sayı çoxdur. Ekspertlərin fikrincə, bu vəziyyət universitetlərdə və ixtisaslarda gender balansının pozulmasına gətirib çıxarır. Xezerxeber.az-ın məlumatına görə, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara […]

Təhsil haqqından azad olunan tələbələr kimlərdir – RƏSMİ

Bəzi kateqoriyalara aid olan tələbələr müvafiq sənədləri təhsil müəssisəsinə təqdim etməklə təhsil haqqından azad olunurlar. Bu barədə Mektebgushesi.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, həm kateqoriyaya aid olan şəxslər bunlardır: Məcburi köçkün statusu olan şəxslər: Dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrində, […]

DİM 2800-dək namizəd üçün dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirir

  Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 11 binada təşkil olunur. DİM-dən bildirilib ki, imtahan vermək üçün BA qrupu üzrə 538, BB qrupu üzrə 2216 olmaqla, ümumilikdə […]

Bu gün abituriyentlər ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı verirlər

  Fevralın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirir. Sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. DİM-dən  bildirilib ki, imtahan vermək üçün 3469 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, […]

Agentlik: 98 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib

  Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin nəticələri iştirakçıların şəxsi səhifəsinə göndərilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, müsabiqə üzrə 98 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.

İkinci semestri üçün təhsil tələbə kreditinə qeydiyyat başlanıb

  2023-2024-cü tədris ilinin ikinci semestri üçün təhsil tələbə kreditinə (TTK) qeydiyyat başlanıb. Bu barədə Mektebgushesi.az-a Təhsil Tələbə krediti Fondundan məlumat verilib. Bildirilib ki, təhsil krediti almaq istəyən tələbələr öncədən aldıqları notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ilə fonda elektron müraciət edə bilər. Birinci semestr üçün alınan notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ikinci semestr üçün də […]

“İnsan kapitalı və təhsil üzrə” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

Fevralın 16-da “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq məqsədinə daxil olan hədəflər çərçivəsində 2023-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun Elm və Təhsil Nazirliyində növbəti iclası keçirilib. Açılış nitqi ilə çıxış edən İşçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə hesabat barədə ümumi məlumat […]

Ailə üzvlərini amansızlıqla öldürməkdə ittiham olunan şəxsin ali təhsil aldığı yer açıqlandı

Üç gün əvvəl ikisi uşaq olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov barədə daha bir maraqlı məqam ortaya çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 25 yaşlı Əhməd orta məktəbi bitirdikdən sonra Rusiyada ali təhsil alıb. Təhsili ilə bağlı o, bir müddət orada yaşayıb. Üç gündür hər kəsi sarsıdan cinayət əməlinə görə həbs […]

7 yaşlı məktəblini öldürməkdə təqsirləndirilən idman müəlliminə ağır cəza istənilib

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Mektebgushesi.az xəbər verir ki,  bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror Samir Məmmədov çıxış edib. Dövlət ittihamçısı Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. […]

Bu gündən universitetlərdə yaz semestri başlayır

  Bu gündən Azərbaycanın ali təhsil müəssisələrində 2023/2024-ci tədris ilinin yaz semestri başlayır. Mektebgushesi.az xəbər verir ki, dərslər mayın 31-dək davam edəcək. İyunun əvvəlindən isə semestrin imtahan sessiyası başlayacaq. Qeyd edək ki, tələbələrin qış tətili fevralın 1-dən 16-dək davam edib.

Ümumi nəticəsi yüksək olan 1628 namizəd zal nəzarətçisi sertifikatı əldə edib

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi başa çatıb. Zal nəzarətçisi sertifikatı almış 1628 nəfər imtahanların idarə olunması prosesinə cəlb ediləcək. Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, sertifikat əldə etmək üçün qeydiyyat prosesi 18 sentyabr – 20 oktyabr 2023-cü il tarixlərində aparılıb və bu müddət ərzində 3844 nəfər öz ərizəsini təsdiq edib. Qeydiyyatdan […]

Bağça müəllimlərinin vakant yerlər üzrə qeydiyyatı başlayır

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsindən sonra boş qalan və yeni yaranan vakant yerlər üzrə qeydiyyat başlayır. Mektebgushesi.az xəbər verir ki,  fevralın 15-dən başlayan qeydiyyat prosesi fevralın 26-sı saat 23:59-da başa çatacaq. Vakant yerlər üzrə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul […]

Qarabağ Universiteti üçün ayrılan vəsaitlə bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb. Mektebgushesi.az-ın xəbərinə görə, Sərəncamla Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən […]