Mektebgushesi

Tələbələrin təcrübə keçmə qaydalarında yeniliklər edilib

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər edilib. Yeni qaydalar 2024-cü ilin 15 sentyabr tarixindən tətbiq olunacaq. Sözügedən qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına şamil olunmur. Qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində […]

Sosial şəbəkələrdə qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirildi – VİDEO

  “Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən şəxs xəstəxanaya yerləşdirilib”. Mektebgushesi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a məlumat verib. O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C. valideyni ilə birgə polis idarəsinə dəvət olunub və araşdırma aparılıb: “Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi […]

Məktəblimiz Alimlər Kubokundan 12 qızıl, dörd gümüş medal və xeyli alpaka qazanıb – FOTO

Həmyerlimiz, Avropa Azərbaycan Məktəbinin 10-cu sinif şagirdi Murad Kərimli “World Scholar’s Cup” (Dünya Alimlər Kuboku) çempionatının regional raundunda 12 qızıl, dörd gümüş medal qazanaraq növbəti mərhələyə keçib və xarici ölkələrdə qlobal raundlarda iştirak şansı əldə edib. Mektebgushesi.az-ın Oxu.Az -a istinadən məlumatına görə, Murad 4 may 2008-ci ildə Bakı şəhərində anadan olub. Qaradağ rayonunda yaşayır, Şuşa […]

Magistraturaya sənəd qəbulu yekunlaşır

Magistraturaya sənəd qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 29-u saat 23:59-dək davam edəcək. Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına […]

Naxçıvanda ilk dəfə direktor müavinlərinin işə qəbulu müsabiqəsi keçirilib -FOTO

Bu gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün muxtar respublikada ilk dəfə olaraq işə qəbul müsabiqəsinin test mərhələsi keçirilib. Mektebgushesi.az xəbər verir ki, təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi, işə qəbul prosesinin şəffaf həyata keçirilməsi […]

Azərbaycanda universitet MMC-yə çevrildi

Xəzər Universiteti təşkilati-hüquqi formasını dəyişdirib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, təhsil müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib. Xatırladaq ki, Xəzər Universiteti 1991-ci il martın 18-də yaradılıb. Universitet Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə səkkiz kampus və 13 binada fəaliyyət göstərir.

FHN BDU-nu məhkəməyə verdi – ŞOK SƏBƏB

  Bakı Dövlət Universitetinə (BDU) cərimə protokolu yazılıb. Mektebgushesi.az xəbər verir ki, İqtisadiyyat.az-ın məlumatına görə, universitet barəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Buna səbəb isə ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi iddiasıdır. Məhkəmə işi Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə araşdırılacaq. […]

Bu gündən məktəblərdə qış tətili başlayıb

  Bu gündən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayıb. Mektebgushesi.az xəbər verir ki, qış tətilinin müddəti  27-31 yanvar tarixlərini (5 gün) əhatə edir. Qeyd edək ki, ilk dərs günü 1 fevralda olacaq.

Dəm qazından boğulan qardaşların atası: “Böyütdüm, məni yarımçıq qoydular” – FOTO/VİDEO

  Bakıda iki qardaş səssiz ölümün qurbanı olublar. Dəm qazından boğulan qardaşların atası Asif Həsənov hadisəni Baku TV-yə danışıb. O bildirib ki, bir ilə yaxındır orada kirayə qalırdılar. “Sərxanın böyük qardaşının həyat yoldaşı xəstə kimi idi. O Bakıdandır, anasıgilə müalicə olunmağa gedib. Səhər Əliyə zəng ediblər, telefonu götürməyib. Sərxanı da yığıblar ki, bəlkə məktəbdədir. Gəlib pəncərəni sındırıblar […]

Azyaşlı şagirdləri təhqir edən müəllimdən açıqlama: “Xəcalətim özümə bəsdir” – VİDEO

  Sosial şəbəkələrdə Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən 317 nömrəli tam orta məktəbin 1b sinfində müəllimin şagirdlərlə kobud rəftarı ilə bağlı video yayılıb. Videoda müəllimin uşaqlarla pis rəftarı, onları təhqir etməsi əks olunub. Bəzi valideynlər hadisənin noyabr ayında baş verdiyini, amma hələ də həmin müəllim haqqında ölçü götürülmədiyini əsas gətirərək yenidən məsələni ictimailəşdirmək qərarına gəliblər. […]

Sabahdan məktəblərdə qış tətili başlanır

  Yanvarın 27-dən ümumtəhsil müəssisələrində qış tətili başlanır. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az – a  bildirilib ki, ümumtəhsil müəssisələrinin bütün səviyyələri üçün yanvarın 27-dən 31-dək (5 gün) qış tətili günləridir. Tətildən sonrakı ilk dərs günü fevralın 1-i olacaq.

Nazir “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri ilə görüşüb

Yanvarın 25-də Elm və Təhsil Nazirliyinin rəhbərliyi və “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Elm və təhsil naziri Emin Əmrullayev və agentliyin qlobal məsələlər üzrə rəhbəri Phil Batinin iştirak etdiyi görüşdə yerli ali təhsil müəssisələrinin cari göstəriciləri və perspektivləri müzakirə olunub. Phil Bati dünya universitetlərinin reytinqi üzrə ümumi məlumat verib. […]

Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək – SƏRƏNCAM

  Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək.  President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. […]

Yeniyetmə və gəncləri kriminallaşmaqdan necə qurtaraq – EKSPERTLƏR

Son vaxtlar yeniyetmə və gənclər arasında kriminallaşma açıq şəkildə hiss olunur. Xüsusən Tik-Tokda səhifələri, şərhləri, paylaşımları izləyərkən dramatik durumun şahidi oluruq. Müşahidələr göstərir ki, yeniyetmə və gənclərin əksəri cibində bıçaq gəzdirir, kriminal avtoritetləri yamsılayırlar… Son olaraq  Gəncədə XI sinif şagirdi Raul Rəhimovun həmyaşıdı tərəfindən məktəbin önündə bıçaqlanaraq qətlə yetirilməsi məsələni bir daha aktuallaşdırıb. Məktəbin qarşısında […]

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri yaxın günlərdə açıqlanacaq

  Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Mektebgushesi.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib. O bildirib ki, bunun üçün müxtəlif dövlət qurumları ilə müzakirələr aparılır, ölkədə keçirilən mühüm tədbirlər, hava şəraiti və digər məsələlər nəzərə alınır.