Mektebgushesi

20 Yanvar faciəsindən 34 il keçir

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir. Mektebgushesi.az -ın məlumatına görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali […]

“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub

Ümumi və tam orta təhsil səviyyələri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub. Mektebgushesi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və təhsilalanların biliyinin yekun qiymətləndirilməsi modelini dərc edib. Tam (11 illik) orta təhsil […]

Deputat: “Orta məktəblər üçün nəzərdə tutulan bütün dərsliklər elektronlaşdırılmalıdır”

  “Orta məktəblər üçün nəzərdə tutulan bütün dərsliklər elektronlaşdırılmalıdır. Hesab edirəm ki, problemdən ən doğru çıxış yolu budur”. Mektebgushesi.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov orta məktəblərdə dərsliklərin iki nüsxə çap olunması ilə bağlı təklifə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, bu təklifi verənlər nəzərə almalıdırlar ki, hər bir kitabın […]

Azərbaycanlı gənc dünyanın ən qabaqcıl universitetlərindən birində İŞƏ BAŞLADI

  Əslən Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndindən olan Albina Məmmədova dünyanın ən qabaqcıl təhsil ocaqlarından biri sayılan Kembric Universitetində (University of Cambridge) işə başlayıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, gənc xanım burada Coğrafiya departamentində fəaliyyət göstərəcək. Məlumata əsasən, o, departamentin kommunikasiyalar üzrə koordinatoru təyin edilib. Qeyd edək ki, Albina […]

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 fevral 2024-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat 18 yanvar saat 14:00-dan 6 fevral saat 11:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bakıda namizədlər üçün 3000, Naxçıvanda isə […]

Kollec tələbəsi özünü 16-cı mərtəbədən atıb 

  Paytaxt sakini 18 yaşlı L. Seyfullayeva özünü “Qara Qarayev” metrosu yaxınlığında 16-cı mərtəbədən ataraq, həyatına son qoyub. Mektebgushesi.az xəbər verir ki, iddialara görə, L. Seyfullayeva Hövsan qəsəbəsində yaşayıb. Onun kollec tələbəsi olduğu bildirilir. İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, L. Seyfullayevanın hadisə baş verən günü imtahana getdiyi bildirilir. Belə ki, onun imtahan vermək üçün […]

DİM -dən imtahanlarla bağlı yenilik – AÇIQLAMA

2024-cü ildən magistraturaya qəbul imtahanlarında yenilik olacaq. Belə ki, bu il magistraturaya qəbul imtahanında kitabçaların iştirakçılara təqdim olunması nəzərdə tutulub. Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib. “Bu yaxınlarda keçirilən sınaq imtahanında da bakalavrlara kitabçaları özləri ilə aparmağa icazə verildi. Hətta əlavə olaraq tapşırıqların izahı əvvəlcə canlı yayım, daha sonra isə yazılı […]

Prorektorun qətlini sifariş verən keçmiş rektorla bağlı QƏRAR

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Müşfiq Atakişiyevin vəkili Kamran Kərimov vəsatət verib. O, bildirib […]

Mingəçevirdə məktəb direktoruna cinayət işi başlanıb

Təhsil müəssisəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokurorluğu məlumat yayıb. Məlumata görə, Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Mayisə Əliyevanın qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi […]

22 yanvar qeyri-iş günü olacaq? – RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. 2024-cü il üçün iş vaxtı normasına əsasən, 20 Yanvar – Ümumxalq Hüzn Günü olduğu üçün qeyri-iş günü hesab edilir. Ancaq 20 yanvar şənbə gününə təsadüf edir. Bəs maraqlıdır, 20 yanvar […]

Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib – FOTO

Yanvarın 16-da Elm və Təhsil Nazirliyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup əməkdaşına dövlət təltifləri təqdim edilib. Bu barədə Mektebgushesi.az -a nazirlikdən məlumat verilib. Bildirilib ki, təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltiflərinin verilməsini onlara göstərilən böyük etimad kimi dəyərləndirib. Emin Əmrullayev bildirib […]

Bir sinifdə neçə şagird olmalıdır?

Dünya ölkələrində bir sinifdə şagird sayı orta hesabla 20-40 nəfər arasında dəyişir Məlumdur ki, təhsil sisteminin mühüm göstəricilərindən biri sinifdəki şagirdlərin orta sayı ilə bağlıdır. Bu göstərici tədrisin keyfiyyətinə, şagirdlərlə müəllimlər arasında qarşılıqlı əlaqəyə, eləcə də sinifdə ümumi atmosferə mühüm təsir göstərir. Bu göstərici müxtəlif ölkələrdə və regionlarda əhəmiyyətli dərəcədə fərqlənə bilər ki, bu da […]

Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək

24 fevral tarixində Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu barədə ARTİ-dən Mektebgushesi.az-a məlumat verilib. Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin informatika fənni üzrə yarımfinal turu isə VIII-IX siniflər üçün 17 fevral tarixində, X-XI siniflər üçün isə 18 fevral tarixində keçiriləcək. Buraxılış vərəqələri tezliklə portal.edu.az platformasındakı şəxsi kabinetlərə əlavə ediləcək. 2023-2024-cü […]