Mektebgushesi

Arxitektura Komitəsinin sədri: Bir sıra universitetlərin Bakıdan kənara köçürülməsi istisna deyil

Bir sıra universitetlərin Bakıdan kənara köçürülməsi istisna deyil. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib. “Bu Elm və Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır. İstisna etmirəm ki, müəyyən universitetlər köçürülərək vahid bir kampus yaradılaraq fəaliyyətini davam etdirə bilər. Bu həm təhsilin təşkili baxımından, […]

Ali məktəblərə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib

  Dövlət İmtahan Mərkəzi fevralın 18-də qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Mərkəzdən  bildirilib ki, sınaq imtahanında iştirakçılara 2024-cü ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq. İmtahan cədvəli ilə DİM-in saytında tanış ola bilərsiniz. I ixtisas qrupu üzrə […]

Universitetlərimizin tədqiqat vizyonu

Elmi nəşrlərdəki aktivlik artır Müasir reallıqlar şəraitində hər bir ölkənin iqtisadi inkişaf templərini, rəqabətqabiliyyətliliyini ölçən ən mühüm parametrlərdən biri elm və təhsilin inkişafından, elmi məhsulların kommersiyalaşdırılması intensivliyindən, dünya təhsil sistemində milli universitetlərin tutduğu yerdən birbaşa asılıdır. Milli universitetlərin dünya reytinqlərində mövqeyini şərtləndirən mühüm amillər arasında universitet alimlərinin elmi-tədqiqat məhsulları və onların dünyanın nüfuzlu indeksli jurnallarda […]

Magistraturaya sənəd qəbulu elan edilir

DİM 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edir. İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr 2024-cü il yanvarın 15-dən 29-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. […]

İranda həbsdə olan tələbənin anası oğlunun vəziyyətindən narahatdır – VİDEO

İranda guya casusluq etmək niyyəti ittihamı ilə həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun vəziyyətindən narahatdır. Xezerxeber.az-ın məlumatına görə, o, oğlunun intihar edəcəyindən qorxur. Dilarə Əsgərovanın bildirib ki, oğlu ilə hər gün telefonla danışır. Artıq son vaxtlar Fəridin psixoloji vəziyyətinin yaxşı olmadığını görür. D.Əsgərovanın sözlərinə görə, Fərid həm tutulmağına qarşı etiraz edir, həm də […]

Qarlı hava şəraiti ilə bağlı Yol Polisi İdarəsi valideynlərə müraciət edib

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib. BDYPİ-dən Mektebgushesi.az-a verilən xəbərə görə, müraciətdə deyilir: “Əziz valideynlər: -övladlarınızı yollarda nəzarətsiz qoymayın; – uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;-uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil […]

Respublika fənn olimpiadalarının yarımfinal turunun tarixləri açıqlanıb

  Fevralın 24-də respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək. Təhsil İnstitutundan Mektebgushesi.az -a bildirilib ki, informatika fənni üzrə yarımfinal turu VIII-IX siniflər üçün fevralın 17-də, X-XI siniflər üçün isə fevralın 18-də keçiriləcək. Buraxılış vərəqələri tezliklə portal.edu.az platformasındakı şəxsi kabinetlərə əlavə ediləcək. 2023-2024-cü tədris ili üçün respublika fənn olimpiadalarının müvafiq fənlərə uyğun proqramı ilə Təhsil İnstitutunun […]

Məhkəmə məktəbli qızını 500 manata sataraq təcüvüzə göz yuman anaya höküm oxudu

  Azərbaycanda qandonduran cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə, 14 yaşına çatmamış qızını 500 manata satan anaya və qadının bu təklifinə “hə” deyərək yeniyetməyə təcavüz edən şəxslərə hökm oxunub. Hadisə 2020-ci ilin noyabrında baş verib. Belə ki, bir neçə il əvvəl atası ölən yeniyetmənin […]

Respublika fənn olimpiadalarında 59 şagird 100 ballıq nəticə göstərib

2023-2024-cü il üzrə keçirilən respublika fənn olimpiadalarında 57483 şagird iştirak edib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 12238 şagird olimpiadanın yarımfinal mərhələsinə keçib. Olimpiadalarda 59 şagird 100 ballıq nəticə göstərib.      

Bağcalara işə qəbul üzrə müsahibə mərhələsi başlayacaq tarıx açıqlanıb

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayacaq. Bu barədə BŞTİ-dən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, 2023-cü ildə keçirilən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu  üzrə müsabiqənin test imtahan mərhələsində uğur qazanmış (35 və daha çox bal toplayan) namizədlərin müsahibə mərhələsinə 15.01.2024-cü il tarixdən start […]

Milli Müdafiə Universitetininə yeni rəisi təyin olunub

Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Sərəncam imzalanıb. 2014-cü ilin iyun ayında Heydər Piriyevə Azərbaycan Prezidentinin sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib. 64 yaşlı general-leytenant 2022-ci ilin iyun ayında Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilib. […]

Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı

Magistraturaya qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, imtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq. “Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, müsabiqə […]

Nazirlik: Təhsil arayışlarını elektron şəkildə əldə etmək mümkündür

Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən bir çox arayışlar elektron şəkildə təqdim olunur. İstifadəçilər https://portal.edu.az/ portalının “Elektron arayışlar” xidməti vasitəsilə aşağıdakı arayış növlərini əldə edə bilirlər: ali təhsil pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); peşə təhsili pilləsində […]

Bakıdan köçürülməsi ehtimal edilən universitetlərin adları açıqlanıb- VİDEO

Bakıda sıxlığı azaltmaq üçün şəhərin mərkəzi hissələrində yerləşən universitetlər kənar ərazilərə köçürülə bilər. Mektebgushesi.az xəbər verir ki, Baş Planda Bakıda bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi və yaxud mövcud ali məktəblərdən birinin tamamilə yeni bir yerə köçürülməsi nəzərdə tutulur. Təhsil eksperti Kamran Əsədov deyir ki, ölkədə olan ali təhsil müəssisələrinin əksəriyyəti paytaxtda fəaliyyət […]