Mektebgushesi

Azərbaycandan 46 tələbə dünyanın 10 ən yaxşı universitetində təhsil alır

Hazırda 41-i magistratura, 5-i bakalavr pilləsində olmaqla 46 tələbə dünya ən yaxşı 10 universitetində (“Universitetlər üzrə top 10”) təhsil alır. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüşdə deyib. Onun sözlərinə görə, dövlət proqramı çərçivəsind oxuyan tələbələrin sayı 517 nəfərdir: “Azərbaycanlı tələbələr ən çox […]

Elm və Təhsil Nazirliyinə vətəndaş müraciətlərinin statistikası – FOTO

Martın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 11 829 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 7 639-u çağrı mərkəzləri, 347-si sosial media, 1 418-i “WhatsApp” vasitəsilə, 661-i elektron, 372-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 392 müraciət qeydə alınıb. Müraciətlər birinci sinfə qəbul, texniki işçi heyətin işlə təmin olunması, müəllimlərin yerdəyişməsi, məktəbəqədər […]

İt dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan Məktəblı evə buraxıldı

Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb. Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda qeyd olunub ki, bədənində çoxsaylı yara ilə xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub. KTM-in […]

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vaxtı açıqlanıb

  Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu aprelin 2-8-də keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək.

Məktəb psixoloqları diaqnostikadan keçiriləcək

  Məktəblərdə psixoloqlarla bağlı problemlər var. Həmin psixoloqların diaqnostik qiymətləndirmədən keçirilməsi planlaşdırılır. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada deyib. O qeyd edib ki, qiymətləndirmədən sonra bu sahədə başqa problemlər ortaya çıxacaq: “Hazırda şagird sayı 1000-dən […]

VIII qrant müsabiqəsinə sənəd qəbulu başa çatır

  Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Layihə sənədlərinin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir. Qrant müsabiqəsi barədə ətraflı […]

3 mart tarixində keçirilən buraxılış imtahanın nəticələri bu həftə ərzində elan olunacaq

Abituiryentlər 3 mart tarixində keçirilən buraxılış imtahanın nəticələri ilə bağlı kütləvi şəkildə müraciət edirlər. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, 3 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur. Qeyd edək ki, imtahan nəticələri hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil.

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib. Mektebgushesi.az xəbər verir ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə […]

Rezidenturaya qəbul elan edilib

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra  ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş […]

Süni intellekt təəccübləndirməkdə davam edir: Bəzi insanları narahat edən yeni ixtira

Süni intellekt startapı “OpenAI” 15 saniyəlik tək səs nümunəsindən təbii səslənən insan nitqini təkrarlaya bilən rəqəmsal səs generatorunun ilkin versiyasını təqdim edib. Bu barədə “ChatGPT”nin yaradıcıları məlumat veriblər. Proqram “Voice Engine” adlanır. İxtiraçılar generatoru müxtəlif məqsədlər, o cümlədən uşaqlara oxumağa kömək etmək, tərcümə və xərçəng xəstələri üçün səsin bərpası kimi müxtəlif sahələrdə sınaqdan keçiriblər. Ancaq […]

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 106 il ötür

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Mektebgushesi.az xəbər verir ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik […]

Məzmun yox, öyrənmə strategiyası dəyişib – RƏYLƏR

  Məktəblə real həyat arasındakı “uçurum” uzun müddətdir ki, aydın görünür və böyüməkdə davam edir. Məzunların əksəriyyəti bir neçə ildən sonra demək olar ki, bütün məktəb kurikulumunu unudurlar, təlim köhnəlmiş materiallardan istifadə edilməklə aparılır. Hesab edilir ki, dünya sürətlə dəyişilir və 10-15 ildən sonra indiki şagirdlər üçün hansı biliklərin faydalı olacağını dəqiq müəyyən etmək çətindir. […]

Gəncədə türkiyəli tələbələr arasında dava: Xəsarət alan var

Gəncədə iki Türkiyə vətəndaşı arasında dava olub. Mektebgushesi.az xəbər verir ki, Bayer Kaan Ərmağan oğlu ilə Ağır Hüseyn Harun oğlu arasında yaranmış münaqişə zamanı ikinci baş nahiyəsindən xəsarət alıb. Bildirilib ki, hər iki şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbəsidir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin […]

Nazir müavini İdris İsayev Füzuli rayonunda olub

  Martın 29-da elm və təhsil nazirinin müavini İdris İsayev Füzuli rayonuna səfər edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri və 30 ildən çox pedaqoji təcrübəsi olan […]

Məktəb direktorunun qanunsuz əməlləri məhkəməyə göndərilib

Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan […]