Hazırda 41-i magistratura, 5-i bakalavr pilləsində olmaqla 46 tələbə dünya ən yaxşı 10 universitetində (“Universitetlər üzrə top 10”) təhsil alır.

Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüşdə deyib.

Onun sözlərinə görə, dövlət proqramı çərçivəsind oxuyan tələbələrin sayı 517 nəfərdir: “Azərbaycanlı tələbələr ən çox Böyük Britaniya, Türkiyə, ABŞ, İtaliya və Almaniyada təhsil almağa üstünlük verirlər. Xüsusilə informasiya texnologiyaları, maliyyə, iqtisadiyyat, təhsil sahəsi ən çox üstünlük verilən ixtisaslardır”.

T.Topalova həmçinin bildirib ki, hazırda dövlət proqramı çərçivəsində təhsilini başa vuran 66 məzun işləyir.

Bənzər yazılar