Martın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 11 829 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 7 639-u çağrı mərkəzləri, 347-si sosial media, 1 418-i “WhatsApp” vasitəsilə, 661-i elektron, 372-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 392 müraciət qeydə alınıb.

Müraciətlər birinci sinfə qəbul, texniki işçi heyətin işlə təmin olunması, müəllimlərin yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu, xarici diplomların təsdiqi və digər məsələlərlə bağlı olub.

Bənzər yazılar