Mektebgushesi

Məhəmməd Quliyev -Совершенствование депозитной политики банков

Аннотация: Важное место в современной банковской системе по праву принадлежит коммерческим банкам, предоставляющим своим клиентам полный спектр финансовых услуг, объем, качество и скорость которых постоянно совершенствуются и увеличиваются благодаря внедрению и применению современных технологий. Цель исследования – изучить сущность финансовых ресурсов и выявить особенности управления собственными и привлеченными ресурсами коммерческого банка. В данной работе автор […]

Amerikalı alimin dediklərinə əməl edin və çox bal yığın !

İmtahan ərəfəsindən 8 saatdan artıq yatmaq nəticələrə müsbət təsir göstərir.Sherg.az” “sciencesetavenir.fr” -ə istinadən xəbər verir ki, bu barədə “Teaching Psychology” jurnalında amerikalı tədqiqatçı Mişel Skülinin maraqlı məqaləsi dərc olunub. Yazıda qeyd olunur ki,  imtahanda yaxşı nəticə əldə etmək istəyirsinizsə, onda mütləq 8 saatdan çox yatın. Və bu sizin həmişə topladığınız baldan əlavə bal yığmağınıza köməklik edəcək.Məqalədə […]

Elman Eldaroğlu -101 yaşın mübarək, Azərbaycan Respublikası!

Sənin necə şirin olduğunu sənsizliyin acısını dadanda hiss etdim. Gördüklərim doğma deyil deyə, nə qədər möhtəşəm görünsə də yerini verə bilmir. Bəli, Sənin qoynunda yaşayarkən çətinliklərim olsa da özümü çox xoşbəxt sanırdım. Burada hər nə desən varımdır, amma Sən yoxsan deyə xoşbəxtliyin nə olduğunu çoxdan unutmuşam. Demirəm ki, yaşadığım mühit eybəcərdir, fəqət özgədir, yaddır. Axı […]

Britaniya alimlərindən yenilik -xərçəng müalicə edilə bilər

Britaniya alimləri heç bir prosedura reaksiya verməyən dözümlü xərçəng hüceyrələrinin inkişafını dayandıracaq yeni preparatların yaxın 10 ildə kəşf edilə biləcəyini açıqlayıblar.Britaniyanın Xərçəng Tədqiqatları İnstitutu (ICR) bu araşdırmaya 75 milyon funt sterlinq ayıracağını açıqlayıb.İCR Londonun cənubundakı Sutton qəsəbəsində yeni dərmanlar hazırlayan müasir araşdırma mərkəzi açmaq istəyir.İnstitutun rəhbəri Paul Workman deyib ki, xərcənglə mübarizədə ən böyük problem […]

Kosmik uçuşların yeni potensial təhlükəli nəticələri aşkar edilib

Belçika, Rusiya və Almaniyadan olan beynəlxalq tədqiqatçılar komandası Beynəlxalq Kosmik Stansiyasında uzun müddət qalan insanlarda bəzi beyin mədəciklərinin dəyişməsini müşahidə edib. Əvvəlki araşdırmalar isə göstərmişdi ki, davamlı kosmik uçuşlar zamanı qravitasiya qüvvəsinin onurğaya təsiri olmadığı üçün insanın boyu uzanır. Mütəxəssislərə kosmonavtlara xas olan görmə pozuntusu da tanışdır. Təzəlikcə isə kosmosun insan bədənində “mürgüləyən” virusları oyatdığı […]

Məktəblilərdə onurğa əyriliyindən qorunması qaydaları

Dərs yükünün ağırlığı məktəbli çantalarının çəkisinin artmasına səbəb olur. Son vaxtlar məktəblilər arasında getdikcə artan skalioz, kixoz kimi onurğa əyriliklərinin əsas səbəbini məhz çantaların ağırlığında görənlər də az deyil. Üstəlik heç də bütün məktəblərdə şagirdlərin düzgün qaməti üçün nəzərədə tutulmuş normativlərə əməl edilmir. Onurğada əyrilik oğlan uşaqları ilə müqayisədə qızlarda daha çox rast gəlinir. Məktəblilərdə […]

Orbitə 60 peyk buraxıldı -İnternet sürətlənəcək və ucuzlaşacaq

“SpaceX” şirkəti orbital brodbend (geniş zoalıqlı məlumat ötürmə texnologiyası-red)  sisteminin tətbiqinə başlayıb. BBC-nin məlumatına görə ötən gecə Floridadan havaya qalxan “Falcon-9” raketi orbitə 60 internet peykindən ibarət bağlamanı çatdırıb. Sözü gedən süni peyklər dünya əhalisinin son dərəcə yüksək sürətli və ucuz internetlə təchizatına imkan verəcək. Elon Maskın şirkəti “Starlink” şəbəkəsi üçün 2020-ci ilə kimi orbitə […]

Eyfel qülləsi bağlandı

Parisin rəmzlərindən biri olan Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb.Buna naməlum şəxsin dəmir qurğularla qülləyə çıxmaq niyyəti səbəb olub.Polis Eyfel qülləsini əhatəyə alaraq turistləri qüllədən təxliyə edib. Hazırda Eyfelin yaxınlığına da turistlər buraxılmır.Qeyd olunur ki, həmin şəxs qüllənin üçüncü mərtəbəsinədək çıxa bilib. Onun polis tərəfindən saxlanıldığı deyilir.Eyfel qülləsinin nə vaxt açılacağı barədə məlumat verilməyib.

Alimlər insan bədənində hərəkət edə biləcək robot hazırlayırlar

Tibbi texnologiya sahəsində əldə olunan nailiyyətlət texnoloji yeniliklərin həyatımızda hansı rol oynadığını göstərir. Alimlər tərəfindən hazırlanan “uçan balina” adlı bir mini robot bədənimizə daxil olur və dərmanları doğru yerlərə aparır. Xüsusilə xərçəng xəstələri üçün maraqlı olan bu robot hədəf alınan xərçəng hüceyrələrinə doğru hərəkət edərək dərman paylaşımını həyata keçirir. Dəyişkən ölçülərdə yetişdirilən robotların ölçüləri millimetrlərlə […]

Uşaq evi ilə Qocalar evini birləşdirdilər: Nəticə möhtəşəm oldu

Kanadada uşaq evi və qocalar evini birləşdirmək kimi möhtəşəm bir fikir irəli sürülüb. Nəticə isə gözləniləndən də yüksək olub. Mektebgushesi.az “Qadinkimi.com”a istinadən xəbər verir ki,  yaşlılar sevgi dolu nəvələrini tapıblar, ata-anasız uşaqlar isə ilk dəfə valideyn sevgisi və qayğısı hiss ediblər. Həkimlər həmin yaşlıların bütün həyati funksiyalarının yaxşılaşdığını, gözlərinə işıq gəldiyini və yaşam güclərinin artdığını […]

İnsanları elm və fəlsəfənin sirlərinə toxunduran nadir muzey

 Beynəlxalq Muzeylər günü ilə əlaqədar AMEA-nın Elm Tarixi İnstitutunun elmi işçisi Röya Mirzəbəyovanın yazısını təqdim edirik:  Bəşəriyyətin keçdiyi çoxəsrlik inkişaf yolunu günümüzədək gəlib çatmış mənbə və materiallar əsasında öyrənirik. Milli kimliyi, mədəniyyəti əks etdirən və keçmiş haqqında düşüncəmizə işıq salaraq onu formalaşdıran həmin materiallar dünyanın müxtəlif kitabxanalarında, əlyazma fondlarında və eyni zamanda muzeylərdə saxlanılır. Elmi, […]

Dünyada 130 milyon qız və gənc qadın məktəbə getmir

Mayın 18-i saat 16:00-da Bakı Winter Park otelində “Dünyada və Azərbaycanda qızların təhsili, problemlər və onların həlli yolları” mövzusunda seminar keçiriləcək. UNESCO-nun məlumatına əsasən, 6-17 yaş arası 130 milyon qız və gənc qadın məktəbə getmir. Bunlardan 15 milyonu ibtidai sinif şagirdlərinin yaş qrupuna aid qız uşaqlarıdır. Azərbaycanın bölgələrində də qızların təhsil məsələlərində müəyyən problemlər mövcuddur. […]

NASA Ayda kosmik gəminin qəzaya uğradığı yeri aşkar edib

Amerikanın NASA kosmik agentliyi öz saytında İsrailin “SpaceIL” özəl şirkətinə məxsus “Bereşit” kosmik aparatının Ayda qəzaya uğradığı yerin şəkillərini dərc edib. Mektebgushesi.az “Report”-a istinadən xəbər verir ki, qəzanın dəqiq yerini şəkillər sayəsində təsbit etmək mümkün olub. Bu şəkilləri aprelin 22-də LRO Ay orbit aparatının kameraları çəkib. “Kameralar təqribən 10 metr enində tünd ləkə qeydə alıb ki, bu da zərbənin yerini göstərir. […]

Azərbaycanda 700 quşun adının dəyişdirilməsi üçün layihə hazırlanıb

“Bəzi quş növləri adlarının dəyişdirilməsi ilə bağlı yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib”. Mektebgushesi.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. O xatırladıb ki, məlum məsələ ilə əlaqədar bir müddət əvvəl tərkibində AMEA-nın Zoologiya İnstitutu, institutun Naxçıvan filialının Bioresurslar İnstitutu, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin aparıcı […]

II və III ixtisas qrupları üzrə imtahanlarında iştirakı nəzərdə tutulan ən yaşlı abituriyentin 56 ən gəncin isə 14 yaşı var

Mayın 19-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirakı nəzərdə tutulan  ən yaşlı abituriyentin 56, ən gəncin isə 14 yaşı var. Məlumatda qeyd olunur ki, dünənki imtahanda iştirak etmək üçün ərizəsini təsdiq edən abituriyentlərdən ən yaşlısı 1963-cı, ən gənci isə 2004-cü ildəndir. Xatırladaq ki, bütün ixtisas qrupları üzrə ali və orta ixtisas təhsili […]