Mektebgushesi

Azərbaycanda süni intellekti necə inkişaf etdirmək olar?

Azərbaycanda gənc nəslin proqramlama və ixtira fəaliyyətlərinə dəstək verilməli, onların süni intellektə qatqı verə biləcək layihələri maliyyələşdirilməlidir. Mektebgushesi.az xəbər verir ki, bunu Trend-ə təhsil üzrə ekspert Elçin Süleymanov deyib. Onun sözlərinə görə, süni intellektin inkişafı məqsədilə orta məktəblərdə robotexnika və kodlama dərsləri tədris edilməlidir. Ekspert qeyd edib ki, şagirdlərin proqramlaşdırma bacarıqları inkişaf etdikcə süni intellekt […]

22 yaşlı tələbə evdə sınaq keçirmək istədi, barmaqları qopdu

Türkiyədə üçüncü kurs tələbəsinin evdə kimyəvi maddələrlə sınaq cəhdi partlayışla nəticələnib. Bu barədə Sondakika.com məlumat yayıb. Bildirilib ki, hadisə zamanı gəncin sol əl barmaqları parçalanıb. O, ailəsi tərəfindən xəstəxanaya yerləşdirilib.

Türkiyədə arxeoloqlar 1700 yaşı olan heykəl aşkarlayıblar

Türkiyənin Antalya vilayətində yerləşən qədim Perge şəhərinin ərazisində arxeoloqlar Ellinistik dövrünə aid 1700 il yaşı olan qadının heykəli tapdılar. Mektebgushesi.az xəbər verir ki, Trend-in məlumatına görə, iki hissədən ibarət olan bu tapıntı: bədən və qırılmış baş, 2020-ci ildə Pergedə tapılmış ilk heykəldir. Qazıntılara İstanbul Universitetinin arxeologiya professoru Sedef Kokay Kepçe rəhbərlik edir. Eramızın 3-cü əsrinə […]

Azərbaycanlı tələbələr maraqlı qurğu hazırladı: “Su qıtlığının qarşısını ala biləcək” – VİDEO

Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması bir sıra ərazilərdə su qıtlığına gətirib çıxarıb.  Nə xoş bizə ki, gənclərimiz də bu məsələyə biganə yanaşmayıb, su qıtlığının qarşısının alınması, su ehtiyatlarına təzyiqlərin azaldılması məqsədilə bir qrup tələbə birlikdə maraqlı təşəbbüsə imza atıb. Onlar Xəzərin […]

COVID-19-un yayılmasının zəlzələlərə təsiri açıqlandı

Yeni növ koronavirusun yayılması ilə bərabər ətraf mühitin seysmik səs-küyü azaldıqca yerin təkinin daha az titrədiyi bildirilir. CNN-in hesabatına əsasən, seysmoloqlar epidemiya zamanı avtomobillərin, qatarların, avtobusların və insanların gündəlik həyatda yaratdığı titrəmələri ifadə edən “ətraf seysmik səs-küy”ün daha az müşahidə olunduğunu qeyd edirlər. Yerin üst qatının ətraf mühitdəki seysmik səs-küyün azalması ilə əlaqədar daha az […]

Tutuquşu yaddaş testində Harvard tələbələrini geridə qoydu – FOTO/VİDEO

ABŞ-ın və dünyanın ən məşhur ali məktəblərindən sayılan Harvard Universitetində keçirilmiş maraqlı eksperiment gözlənilməz nəticələrlə yekunlaşıb. Belə ki, yaddaş testində tutuquşu universitet tələbələrini üstələyib. Bu barədə “Scientific Reports”da məqalə dərc olunub. Təcrübənin şərtlərinə əsasən, iştirakçılar fincanların altında gizlədilən pomponların rəngini və yerini yadda saxlamalı idilər. Onlar boz Afrika tutuquşusu, 6-8 yaşlı 21 uşaq və 21 universitet […]

Peşə təhsili üzrə teledərslərin yayımlanma müddəti uzadılıb

COVID-19 pandemiyası peşə təhsilində də alternativ tədris və təlim metodlarını nəzərdən keçirməyi zəruri etdi. Bununla bağlı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi bir sıra peşə və ixtisaslar üzrə videodərslər hazırlayır. Həftənin I və V günləri “Mədəniyyət” telekanalında peşə təhsili pilləsi üzrə “Dərs vaxtı” verilişi yayımlanır. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a bildirilib ki, ictimaiyyət tərəfindən […]

Tərcümeyi-halı yanlış olan təhsil naziri beş gündən sonra istefa verdi

Braziliyada ötən həftə təhsil naziri vəzifəsinə təyin olunan Karlos Alberto Dekotelli iş başında olduğu beçinci gün istefa verib. Mektebgushesi.az xəbər verir ki, bu barədə “Hürriyet” yazıb. Təhsil nazirinin istefasına tərcümeyi-halında göstərilən məlumatların yanlışlığı səbəb olub. Belə ki, K.Dekotellinin tərcümeyi-halında Argentina və Almaniyada doktorluq dərəcəsi müdafiə etdiyi göstərilsə də, əslində belə olmadığı üzə çıxıb.

Maska uşaqları koronavirusdan böyüklərə nisbətən daha az müdafiə edir – SƏBƏB

Standart tibbi maskalar uşaqları böyüklərə nisbətən daha pis müdafiə edir. Bu barədə “İzvestiya” qəzeti “National Institute for Public Health and the Environment”in (RIVM) hollandiyalı alimlərinin apardığı araşdırmanın nəticələrinə istinadən xəbər verib. Onların sözlərinə görə, bütün fərdi qoruyucu vasitələr yoluxmanın qarşısını almaqda məqbuldur. Bununla belə, uşaqlar tərəfindən maska istifadəsinin effektivliyi böyüklərə nisbətən 20 faiz azdır. Elm adamları bunu uşaqların […]

Alimlər koronavirusun yeni yarımnövünü aşkar edib

Panamada yalnız bu ölkə üçün xarakterik olan yeni növ koronavirus aşkar edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Panamanın Sağlamlıq İnstitutunun alimləri bildiriblər ki, COVID-19-un mutasiyası nəticəsində A2 PAN adlı yeni tipik virus yarımnövü yaranıb. Mütəxəssislər qeyd edirlər ki, ölkənin coğrafi mövqeyi və regional nəqliyyat yollarının üzərində yerləşməsi A2 PAN adlı yeni növ […]

İnfeksionist: Sentyabr-oktyabr aylarında vəziyyət daha gərgin ola bilər

Əgər yay ayları ərzində COVİD-19-un yayılmasının qarşısının alınması üçün tələb olunan qaydalara əməl edilməsə, sentyabr-oktyabr aylarında mövsümi xəstəliklərin də ortaya çıxması ilə əlaqədar vəziyyət daha gərgin ola bilər. Mektebgushesi.az xəbər verir ki, bunu Trend-ə infeksionist həkim Azər Allahverdiyev deyib. Onun sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə işi 1-2 ay əvvəllə müqayisədə çətinləşir, çünki ölkədə virusa yoluxan […]

Norveçli alim: “Koronavirusu amerikalılar və çinlilər yaradıb”

Koronavirusun səthindəki genetik ardıcıllıqlar onun təbii mənşəli olmadığını, Çin və ABŞ alimləri tərəfindən hazırlandığını göstərir. NRK xəbər verir ki, bu barədə norveçli vaksinoloq Birger Sörensen açıqlama verib. Alimin rəyini Böyük Britaniya kəşfiyyat idarəsinin sabiq rəhbəri Riçard Dirlav da dəstəkləyib. “Quarterly Review of Biophysics” nəşrində dərc olunan yeni araşdırmada B.Sörensen sübut etməyə çalışır ki, koronavirusun quruluşundakı tikanabənzər […]

İspaniyada dərslərin keçirilməsi ilə bağlı maraqlı təklif

İspaniyada yeni tədris ilində bəzi dərslərin təbiət qoynunda keçirilməsi təklif edilib. “Mundo” xəbər verir ki, bununla bağlı yay tətili düşərgələrinin təcrübəsindən faydalanmaq tövsiyə edilir. Mütəxəssislərin fikrincə, səhiyyə sektorundakı vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Artıq tələbələrin bir hissəsini distant təhsilə köçürməklə siniflərdəki tələbələrin sayını azaltmaqla alternativ həllərə baxıla bilər. Şagirdlərin yarısı otaqda, digərləri təbiətdə olaraq dərslər […]

Çılpaq gənc məktəbə soxularaq 100 min dollarlıq zərər vurdu

ABŞ-ın Florida ştatında tamamilə çılpaq olan gənc məktəbin binasına soxularaq 24 saat içəridə qalıb və hər yeri dağıdıb. Bu barədə “Daily News” xəbər verib. 20 yaşlarında olduğu düşünülən gəncin hərəkətləri müşahidə kamerası tərəfindən qeydə alınıb. Hüquq mühafizə orqanlarından bildirilib ki, gənc kompyuterləri və televizorları sındırıb, divarlara qraffiti çəkib və məktəbi suya qərq edib. Məktəbə dəyən ümumi […]

Siçanlar kosmik gəmi ilə Ay ətrafında səyahətə göndəriləcək

Rusiyalı alimlər yeni kosmik gəmi olan “Oryol”un 2028-ci ildə Ay ətrafında pilotsuz uçuşu zamanı “sərnişin” kimi siçanlardan istifadə edə bilərlər. Bu barədə “RİA Novosti”yə Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun Elmi işlər üzrə direktor müavini Vladimir Sıçov danışıb. “Oryol” pilotsuz gəmisində Ay ətrafında uçuşa heyvanların göndərilməsi planları var, ancaq bu, yalnız bizdən asılı deyil. Heyvanların […]