Mektebgushesi

Evdə təhsil alan şagirdlərin sayı açıqlanıb

Azərbaycanda 1528 şagird evdə təhsil alır. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari tədris ilində 1 617 932 şagird təhsilə cəlb edilib. 125 318 şagird məktəbəqədər təhsil, 6 653 şagird isə xüsusi təhsil alır. Habelə 1 528 şagird evdə təhsil alır, 207 nəfər isə inklüziv təhsilə cəlb edilib. Ali təhsil bazasında […]

Məktəblərdə birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

  Ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir. Onlardan 42-də böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən hər yarımilin sonunda ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə, V-VIII […]

“Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü yanvarın 26-də Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı kulturoloq, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər,  mütaliə vərdişləri, müəllim-şagird […]

Psixoloji dəstəklə şagird qazan- Aktual dərslər-FOTO

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibi olan “Psixoloji dəstəklə təhsilə şagird qazan” layihəsinin təlimləri uğurla davam etdirilir. 23 Yanvar 2023- cü il tarixdə Astara rayonu Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbində  “Məktəblilərin fərdi inkişaf bacarıqlarının formalaşdırılması” təlimlərinə start verildi.       Təlimdə Layihə […]

“Müəllim şagirdlərinə sevgi ilə yanaşmalıdır”

Leyla Rzayeva: “Mənim üçün xoşbəxtlik şagirdlərimin nailiyyət əldə etməsidir” Leyla Rzayeva Göygöl rayon Köşkü kənd tam  orta məktəbində coğrafiya  müəllimi işləyir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Göygöl rayonu üzrə koordinatorudur. Müəllim kimi ictimaiyyət arasında böyük hörmət sahibidir. – Leyla xanım, müəllimlik peşəsini seçməyinizin əsas səbəbi nədir? – Maraqlı sualdır. İlk yol göstərənim  valideynlərim olub. Valideynlərim həmişə […]

Paytaxt məktəbində “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib

Paytaxtdakı Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Vətən Müharibəsi iştirakçısı Emin Həsənov, şəhid Ceyhun Nəhmətovun atası Etiqat Nəhmətov, “Unity company” şirkətinin direktoru  […]

Paytaxt məktəbləri şagird və məzunlarının uğur hekayələri – Məktəbli STARTAPÇILAR

  Məlum olduğu kimi, ötən ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən “Məktəbli startapçılar” adlı layihəyə start verilib. Layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunub. Bakı məktəblərində təhsil alan startapçılar təhsil həyatları, ideyaları, təqdim etdikləri yeniliklər və gələcək planları barədə məlumat veriblər. Layihənin […]

Müəllim və şagirdlər arasındakı insidentlə bağlı yayılan görüntüyə aydınlıq gətirilib – VİDEO

19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb. Mektebgushesi.az  APA – ya istinadən xəbər verir ki, müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, […]

Bakı məktəblərində 20 Yanvara həsr olunan silsilə tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvara həsr olunmuş tədbirlər keçirilib. Belə ki, paytaxt məktəblərində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar “Tariximizin şanlı səhifəsi”, “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “20 Yanvar sınağı: azərbaycançılıq  nümunəsi” və digər mövzularda konfrans, seminar, mühazirə və “Dəyirmi […]

“Nobel qardaşlarının Azərbaycandakı mirası” adlı tədbir keçirilib

Yanvarın 18-də paytaxtdakı 56 nömrəli tam orta məktəbdə “Nobel qardaşlarının Azərbaycandakı mirası” adlı tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, nazirliyin Beynəlxalq əməkdaşlıq sektorunun müdiri İlqar Dadaşov, Bakı Nobel İrsi Fondunun sədri Sevinc Bağırova, […]

Paytaxtdakı 299 nömrəli məktəb-liseydə yubiley tədbiri keçirilib

Paytaxtdakı 299 nömrəli məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayeva, İdarənin struktur bölmə rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad […]

Beyləqanda məktəb binası qəzalı vəziyyətdədir – FOTO/VİDEO

Beyləqanda kənd məktəbi bərbad vəziyyətdədir.  Mektebgushesi.az xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına Beyləqan rayonu Yeni Mil (Talıbxanlı) qəsəbə sakinləri tərəfindən şikayət daxil olub. Sakinlər iddia edirlər ki, məktəbin vəziyyəti ürəkaçan deyil: “Şagirdlər soyuqda sinif otağında otururlar. Valideyn olaraq biz bu vəziyyətdən narazıyıq. Məktəb üçün nə yol, nə sinif otaqları bərpa edilir. Bu məktəb kimi fəaliyyət göstərən binaya […]

Əvvəlki illərdə təhsilini başa vurmayanların imtahan nəticələri açıqlanıb

Bakı şəhəri üzrə keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb. Əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 879 nəfər qatılıb. Onlardan 181 nəfəri uğur qazanıb. Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 47 nəfər, tam orta təhsil səviyyəsi […]

Cəlilabadda qəzalı məktəb üçün yeni modul tipli bina tikilir

Cəlilabad rayonunun Moranlı kənd ümumi orta məktəbi üçün yeni modul tipli bina quraşdırılır. Mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, bu barədə orta məktəbin direktoru Ruslan Abbasov məlumat verib. Onun sözlərinə görə, artıq yeni məktəbin inşası ilə bağlı 2 aydır ki, müvafiq işlər aparılır: “Hazırda məktəbin daxilində və həyətyanı sahəsində işlər görürülür. İşlər bitən kimi yeni […]

Qarabağ və Şərqi Zəngəzurda inşa edilən məktəblərlə bağlı son vəziyyət açıqlanıb

İşğaldan azad edilən ərazilərdə inşa edilən və tikintisi planlaşdırılan məktəblərlə bağlı son vəziyyət açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev məlumat verib. Ötən il Tərtər rayonunun Suqovuşan qəsəbə məktəbinin əsaslı təmir edildiyini xatırladan rəis müavini bildirib ki, həmin təhsil müəssisəsi […]