Mektebgushesi

Lənkəran məktəbliləri FLEX proqramının qalibləri olublar

Lənkəran məktəbliləri 2024-cü il üçün nəzərdə tutulan FLEX proqramının qalibləri olublar. Bu barədə Mektebgushesi.az-a Lənkəran şəhər 4 saylı məktəbin direktoru Səadət Kazımova  məlumat verilib. Belə ki, Lənkəran şəhər 4 saylı məktəbin 11c sinfinin şagirdləri Xumar Seymur qızı Hüseynova və Nuray Aqşın qızı Məmmədzadə FLEX proqramının qalibləri olaraq təhsillərini Amerikada davam etdirəcəklər.

Məktəb direktorlarının yerdəyişməsi müsabiqəsinə başlanılır

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə yerdəyişmə müsabiqəsinə başlanılır. Bu barədə  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqədə Gəncə-Daşkəsən RTİ-nin tabeliyində fəaliyyət göstərən və hazırda ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan şəxslər iştirak edə bilərlər. Namizədlər üçün tələblər: -pedaqoji və […]

Məcburi köçkün məktəbinə yerli şagirdlərin qəbul edilməməsinə aydınlıq gətirilib

“2015-ci ildə fəaliyyəti Təhsil Nazirliyi tərəfindən rəsmi təsdiq edilən Bərdədə yerləşən 95 nömrəli Ağdam məcburi köçkün məktəbinin yerli uşaqları qəbul etmək icazəsi olsa da, hazırda məktəbə həmin uşaqların qəbulu dayandırılıb”. Mektebgushesi.az xəbər verir ki, bu iddia Ağdam rayon 95 nömrəli tam orta məktəb kollektivinin APA-ya müraciətində əks olunub. Şikayətçilər bildirib ki, hazırda eyni binada yerləşən iki […]

Bakı şəhəri 12 nömrəli Xüsusi internat məktəbi ilə 193 nömrəli tam orta  məktəb arasında əməkdaşlıq memarandiumu imzalanıb

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbi ilə Bakı şəhəri 193 nömrəli tam orta  məktəb arasında əməkdaşlıq barədə memarandium imzalanıb. 5 mart 2024-ci il tarixində Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbində baş tutan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müavini Xəyalə Əhmədzadə, […]

“7-dən 17-yə vətənpərvər!” layihəsinə maraq artır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində tədbirlər keçirilir. Layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir. Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, anım günləri ilə bağlı ümumi təhsil məktəblərində tədbirlər təşkil […]

Paralimpiya çempionu məktəblilərlə görüşəcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. Görüş martın 1-də paytaxtdakı 65 nömrəli tam orta məktəbdə baş tutacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı cüdoçu, ikiqat Paralimpiya çempionu, ikiqat dünya çempionu, səkkizqat Avropa çempionu İlham Zəkiyev olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, […]

Təhsil müəssisələri Xocalı qurbanlarını yad edib

Təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində Xocalı soyqırımının otuz ikinci ildönümünə həsr edilən tədbirlər keçirilib. Tədbirlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirlərdə böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, Xocalı faciəsinin Azərbaycanın ictimai-siyasi […]

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 624 müraciət cavablandırılıb

Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 624 vətəndaş müraciəti cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub. 15 yanvar-15 fevral tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Çağrı Mərkəzinə (146-1 nömrəli) 461 zəng, dislokasiya@baku.edu.gov.az elektron poçtuna 111 müraciət daxil olub. 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin […]

“İdrak” təfəkkür formalaşdıran liseydir

Ötən il məzunların hamısı tələbə adını qazanıb  Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində yaşıllıqlarla əhatə olunmuş yaraşıqlı bir bina da var. Bu binadan hər 45 dəqiqədən bir dahi Üzeyir bəy Hacıbəylinin “Koroğlu” uvertürasının sədaları gəlir. Burada dərsin başlanmasını və sona çatmasını bildirən zəng üçün bu musiqini seçiblər. Zəng həm də yaxınlıqdan ötüb keçənlərə burada məktəb olduğunu […]

Xalq şairinin məktəblilərlə görüşü olacaq

“Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, görüş fevralın 12-də paytaxtdakı 321 nömrəli tam orta məktəbdə baş tutacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq şairi Vahid Əziz olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi […]

Bakıda şagirdə qarşı uyğunsuz davranan müəllim cəzalanıb

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində müəllim şagirdlərlə kobud rəftar edib. 317 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 23 noyabr 2023-cü il tarixində məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib. Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub. Mektebgushesi.az xəbər verir ki, məktəb rəhbərliyi […]

6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılıb – RƏSMİ

Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb. Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə […]

Lənkəranda Məktəbin tavanı sıradan çıxıb, yağış birbaşa otaqlara yağır – VİDEO

  “Lənkəranda 10 nömrəli məktəb bərbad vəziyyətdədir. Buranın tavanı sıradan çıxıb, pəncərələri qırıqdır. Yağış birbaşa sinif otaqlarına yağır”. Mektebgushesi.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya övladları həmin məktəbdə təhsil alan Lənkəran sakinləri müraciət ediblər. Onların sözlərinə görə, sinif otaqlarının yararsız vəziyyətdə olması təhsilin keyfiyyəti ilə yanaşı, dərsə davamiyyətə də təsir edir: “Məktəbdə onsuz da istilik […]

Birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

Ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir. Böyük summativ qiymətləndirmələr bir sıra məktəblərdə rəqəmsal formada təşkil olunur. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmələrin nəticələri […]

Qusarda peşə təmayüllü siniflərin şagirdlərindən nümunəvi addım -FOTO

Qusar rayonu Urva kənd tam orta məktəbinin peşə təmayüllü siniflərinin şagirdləri kəndin bağçasına su xətti çəkiblər. Mektebgushesi.az xəbər verir ki, bu təqdirəlayiq addım kombi-kondisioner usta köməkçisi qrupunda təhsil alan şagirdlər tərəfindən həyata keçirilib. Məktəblilər praktiki dərsin imkanlarından faydalanaraq, məşğələ üçün nəzərdə tutulmuş vəsaitlə məktəbəqədər təhsil müəssisəsini su xətti ilə təmin ediblər. Şimal bölgəsində ümumi orta təhsil […]