Mektebgushesi

Doqquz paytaxt məktəblisi maksimum nəticə göstərib -FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 9 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər. Belə ki, martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 62 nömrəli məktəb-liseyin şagirdi Rəsul Həsənli, 28 nömrəli tam orta məktəbin şagirdi Ayla Əzimli, 57 nömrəli tam orta məktəbin şagirdi Rəbiyyə Əlizadə, 36 nömrəli […]

Paytaxt üzrə 222 məktəbdə STEAM layihəsi tətbiq edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 222 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir. Layihənin əhatə etdiyi məktəblərdə 4 283 sinif üzrə 117 547  şagird tədrisə cəlb edilib. İl ərzində STEAM layihəsi tətbiq olunan təhsil müəssisələrinin sayının artırılması nəzərdə tutulur. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir […]

Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir. İdarədən Mektebgushesi.az-a verilən məlumata görə, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər 06-22 aprel 2024-cü il tarixlərində https://anket.edu.az/link/265 portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müsabiqə 3 mərhələdən (elektron qeydiyyat, test imtahanı, müsahibə mərhələsi ) ibarətdir. Müvafiq qaydada qeydiyyatdan keçmiş […]

PISA 2025-in sınaq mərhələsi təşkil olunacaq

  May ayında PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi […]

Azərbaycanda yeni özəl məktəb “SABAH.school” fəaliyyətə başlayıb

Azərbaycanda yeni nəsil özəl məktəb olan “SABAH.school” fəaliyyətə başlayıb. İnnovativ təhsil metodologiyası və unikal tədris imkanları ilə fərqlənən “SABAH.school”, 2024-2025 tədris ili üçün şagird qəbuluna start verib. “SABAH.school” innovativ özəl məktəbdir. Məktəb, müasir texnologiyanı təhsilə inteqrasiya edərək şagirdlərdə innovasiya və texnologiyayönümlü bacarıqların inkişafını hədəfləyir. Məktəbin missiyası, güclü liderlərdən ibarət şagirdlər yetişdirərək, onların davamlı inkişafını təmin […]

Şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı təşkil olunub

Şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı təşkil olunub. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, çempionat Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi çərçivəsində VI-IX və X-XI sinif şagirdləri arasında keçirilib. İkimərhələli çempionatın onlayn keçirilən seçim oyununda respublika üzrə 450-yə yaxın […]

Nəğməkar şair məktəblilərlə görüşəcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. Görüş aprelin 3-də paytaxtdakı 239 nömrəli tam orta məktəbdə baş tutacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai […]

Məktəblilər beynəlxalq olimpiadada uğur qazanıblar

  Azərbaycan məktəbliləri Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə Türkmənistanın Arxadağ şəhərində keçirilmiş riyaziyyat olimpiadasında uğur qazanıblar. Təhsil İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 5 şagirdi də iştirakçılar sırasında olub. Onlardan 8-ci sinif şagirdi Elvira Quliyeva və 7-ci sinif şagirdi Sübhan Muxtarlı olimpiadada bürünc medal […]

Astara rayonu Sərək kənd tam orta məktəbi binasının tikintisinə start verilib

Astara rayonu Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbi binasının tikinti işlərinə start verilib. Bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib. Belə ki, köhnə məktəb binası cari ilin yanvar ayında sökülüb və yeni binanın inşasına artıq başlanılıb. Məktəbin 2024-25-ci tədris ilinin başlanğıcına qədər hazır olacağı gözlənilir. Qeyd edək ki, Sərək kənd məktəbinin şagirdləri […]

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri müsabiqələr üzrə uğur qazanan şagirdlərlə görüş keçirib

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 2023-2024-cü tədris ilində müxtəlif müsabiqələr üzrə uğur qazanan şagirdlərlə görüş keçirib. Regional idarədən  Mektebgushesi.az -a verilən məlumata görə, robot texnika, İT və digər innovativ müsabiqələrdə uğur qazanmış Sumqayıt və Abşeron məktəbliləri İdarə müdiri ilə birlikdə Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə mövcud STEAM Mərkəzi ilə yaxından tanış […]

Məktəbəhazırlıq qruplarında şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

  Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Mektebgushesi.az -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, mayın 18-19-da ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Monitorinqə hazırlıq prosesi zamanı şagird yerdəyişməsi hallarının […]

Məktəb psixoloqları üçün müsabiqə elan edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı məktəb psixoloqları üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyən psixoloqlar sağlamlıq imkanları məhdud uşaqların psixodiaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər. Sənəd qəbulu 29.03.2024-cü il tarixindən […]

11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və ümumi təhsil müəssisələrində monitorinqlər davam edir.İdarədən Mektebgushesi.az -a verilən məlumata görə, növbəti monitorinq Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə aparılıb. Məktəbdə müxtəlif istiqamət üzrə yoxlama aparılıb. Yoxlama zamanı məktəbin idarə olunması, şagirdlərin məktəbə davamiyyəti, əmək […]

Cəlilabadda icma əsaslı məktəbəqədər siniflər təşkil olunacaq

Cəlilabad rayonunda 3 məktəbdə icma əsaslı məktəbəqədər siniflər təşkil olunacaq. “Report”un Muğan bürosunun məlumatına görə, artıq bununla bağlı “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinə tərbiyəçi-müəllimlərin işə qəbulu elan edilib. Layihə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin artırılması və ona çıxış imkanlarının yaradılması, eyni zamanda icma-məktəb əlaqələrinin gücləndirilməsidir. Layihə çərçivəsində […]

Bakı məktəblərində İnteraktiv təlimlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən müəllimlər üçün təlimlər keçirilir. Təlimlərdə Məktəbin İnkişaf Planı yazılan 30 ümumi təhsil məktəbinin müəllimləri iştirak edir. Təlimlərin əsas məqsədi müəllimlərin peşəkar inkişafına dəstək vermək və ümumi təhsildə keyfiyyətin daha da yüksəlməsinə nail olmaqdan ibarətdir. İnteraktiv təlimlərdə 4 modul-fənn kurikulumlarının strukturu, təlim nəticəsinin çıxarılması və şagirdlərə elan edilməsi, […]