Mektebgushesi

“Dərs vaxtı”nın 28 sentyabr cədvəli 

“Dərs vaxtı” proqramının 28 sentyabr üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə (https://www.youtube.com/user/tehsilgovaz) yayımlanacaq.

Paytaxt məktəblərində Anım Günü tədbirləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub. Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq […]

Bakıda 3 şagird və 1 müəllimdə yüksək temperatur qeydə alınıb

Sentyabrın 23-də məktəblərin girişində 3 şagird və 1 müəllimdə yüksək temperatur qeydə alınıb. Bu barədə Mektebgushesi.az -ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Qeyd olunub ki, 6 şagird sinifdən təcrid olunaraq izolyasiya otaqlarına yerləşdirilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvafiq qaydalara uyğun olaraq təşkil olunub: “Həmçinin […]

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan təhsil müəsssisələrində bufet və yeməkxanaların fəaliyyətinin bərpa olunması üçün qoyulan tələblərin icrası ilə bağlı işlər görülür. Bu barədə “Report”un sorğusuna cavab olaraq BŞTİ-dən bildirilib. Qeyd olunub ki, bufetlərin tam hazır vəziyyətə gətirildikdən sonra qısa müddətdə istifadəyə verilməsi nəzərdə tutulub. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, xüsusi […]

Sabunçuda 307 saylı tam orta məktəb əsaslı təmir edilib yeni korpus tikilib -FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonundakı 307 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Mektebgushesi.az  xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib. Bildirildi ki, Sabunçu rayonundakı 307 saylı tam orta məktəb də […]

Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin məzunları yüksək nəticə göstərib

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 2020-2021-ci il məzunları yüksək nəticə göstəriblər. 2020-2021-ci dərs ilində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyini bitirən məzunların hamısı Respublikanın ali məktəblərinin tələbəsi adını qazanıblar. Onlardan 27 nəfəri 600-dən yuxarı bal toplayaraq, ölkənin ən nüfuzlu universitetlərinə qəbul olublar. Bundan əlavə 8 məzunumuz liseyi qızıl və gümüş nişanlarla bitirmiş […]

Məktəbəhazırlıq qruplarına alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn qaydada (“WhatsApp” nömrələr vasitəsilə) təşkil olunub. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş […]

Sabah məktəbəhazırlıq qrupları üçün məktəb seçiminə start verilir

  Sabah saat 11:00-da məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə başlanılacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır. Əgər valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Lakin məktəb tərəfindən sistemdə təsdiq […]

Məktəbəhazırlıq qruplarındakı dərs müddəti və qrafik müəyyənləşib

Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçiləcək. Bir gün ərzində 3 məşğələ, bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 dəfə idman dəqiqəsi keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, ki, avqustun 10-da 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına […]

Məktəbəhazırlıq qruplarına valideyn hansı halda başqa məktəb seçimi edə bilə?

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat zamanı valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır. AzEdu.az bildirilir ki, əgər valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Lakin məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi […]

Daxmaya bənzər məktəb qəzalı vəziyyətdədir – VİDEO

Tovuz rayon sakinləri məktəbin yararsız olmasından şikayətçidirlər. Sakinlər bildirib ki, rayonun Düz Cırdaxan tam orta məktəb qəzalı vəziyyətdədir. Valideynlər uşaqlarının yararsız vəziyyətdə olan məktəbdə dərs keçməsindən ciddi narahatlıq ifadə ediblər. Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təhsil müəssisəsi ilə bağlı məsələyə növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılması […]

Lənkəranda məktəbin qəzalı transformator məntəqəsi YENİLƏNDİ – FOTO/VİDEO

Lənkəranda təhsil müəssisəsinin qəzalı vəziyyətdə olan transformatorun yaratdığı təhlükə aradan qaldırılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin həyətində olan transformator məntəqəsi Lənkəran Elektrik Şəbəkəsi tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilib: “Transformator məntəqəsinin ətrafı müvafiq qaydada çəpərləndi. Ətrafdakı alaq otları təmizlənib və rənglənmə işləri aparılıb. Onu da qeyd edək […]

Lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu prosesi həyata keçirilib

  İyulun 23-dən 27-dək Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzi sistemlə keçirilmiş qəbul imtahanında boş qalan yerlərə müraciətlərin qəbulu prosesi həyata keçirilib. Hər sinif pilləsi üzrə müvafiq keçid balını toplayan şagirdlərin ikinci seçim şansından istifadə imkanı yaradılıb. Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, iyulun 28-də və 29-da müraciətlər emal olunub. […]