Mektebgushesi

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyasının açılışı olub

Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Pedaqoji-psixoloji xidmət laboratoriyasının açılışı olub. Laboratoriyanın açılış mərasimində ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, Məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Nailə Hüseynova, eləcə də müvafiq struktur rəhbərləri, kafedra müdirləri, müəllim və tələbələr iştirak […]

SAP-nin Azərbaycan üzrə nümayəndəsi AzTU-da seminar keçib

  Məlumat informasiya sistemləri sahəsində ixtisaslaşmış Almaniyanın məşhur SAP şirkətinin Azərbaycan üzrə baş direktoru Anar Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) seminar keçib. Mektebgushesi.az xəbər verir ki, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün təşkil edilən seminarda SAP mütəxəssisi kimi formalaşmaq üçün mövcud tələblər, SAP-nin yerli və qlobal bazarlarında təcrübə fürsətləri müzakirə edilib. Həmçinin SAP Universitet Alyanslarının qlobal […]

MDU-nun əməkdaşı Finlandiyada keçirilən təlimlərdə iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir. Mektebgushesi.az xəbər verir ki, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil […]

Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan–Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Mərasim zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qırğız Respublikasının təhsil və elm naziri Doqdurkul Kendirbayeva “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”i […]

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı keçirilib

  Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi “Mübariz” filminin təqdimatı keçirilib. BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra filmin istehsalında əməyi olan “Munis Production” şirkətinin nümayəndəsi Emin Yaqubzadə çıxış edib. Şəhidlik zirvəsinin […]

Bakıda 153 nömrəli tam orta məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib. Mektebgushesi.az  bildirir ki, bu barədə Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb: “Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Müvafiq mütəxəssislər tərəfindən məktəbə […]

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Nino Tseretelinin sədrliyi ilə hər iki qurumun nümayəndələri arasında onlayn görüş keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair qurumlar arasında ilk dəfə […]

ADPU-da təlim: İlk yardım – İkinci həyata addım

  Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, ADPU TGT-nin tərəfdaşlığı ilə “İlk yardım – ikinci həyata addım” mövzusunda tibbi-profilaktik təlim keçirilib. Əvvəlcə, Pedaqoji Universitetin TGT sədri Təhmasib İmaməliyev və 2 nömrəli Bakı Baza Tibb Kollecinin TGT sədri Zahid Aydın çıxış edərək düzgün və […]

AzMİU-da “WORK4CE” layihəsi çərçivəsində Pilot tədris həftəsi başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə “WORK4CE” layihəsi çərçivəsində Pilot tədris həftəsinə start verilib. AzMİU-da Avropa İttifaqının Erasmus+ KA2 proqramının CBHE “WORK4CE” layihəsi çərçivəsində beynəlxalq dərəcəli professor və müəllim heyəti tərəfindən dərslər təşkil olunub. Layihənin ilk günü AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Ukrayna Zaporoje Politexnik Milli Universitetinin professoru, sözügedən layihənin rəhbəri Galina Tabunshchikin […]

MDU-nun əməkdaşı “DIRNA” Erasmus+ layihəsi çərçivəsində Finlandiyada keçirilən təlimlərdə iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil sistemində keyfiyyətli tədqiqat […]

Uşaq hüquqları mövzusunda təlim keçirilib

“Uşaq hüquqlarının müdafiəsi: dövlət orqanlarının vəzifələri və müstəqil monitorinq mexanizmi” mövzusunda maarifləndirici təlim keçirilib. İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən keçirilən növbəti təlimdə Sabunçu və Səbail Rayon İcra hakimiyyətlərinin nümayəndələri, həmin rayonların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının üzvləri, rayon polis idarələrinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, […]

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi (Azərbaycan və rus bölməsi) üzrə növbəti qeydiyyat başlayır. Aprelin 24-dən başlayan qeydiyyat prosesi mayın 1-i saat 23:59-da başa çatacaq. Azərbaycan bölməsi üzrə vakant yerlərə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, […]

BMU-da “Azərbaycanın müasir müdafiə sənayesi” mövzusunda tələbələrlə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyi (MSN) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın müasir müdafiə sənayesi” mövzusunda tələbələrlə görüş keçirilib. Tədbirdə müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, MSN-in şöbə müdiri, Əməkdar mühəndis Məmmədsaleh Əliyev, nazirliyin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, BMU-nun prorektoru Bayram Hüseynzadə, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev, universitetin professor-müəllim heyəti […]

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin məsləhətçisi Pərvin Quliyeva, BŞTİ-nin (BŞTİ) Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov və I sinfə qəbul prosesində prioritet tətbiq ediləcək, o […]

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli alman filosofu neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən biri olan və epistemoloji, təbiət elmləri, əxlaq, politika, estetika, sənət və bu kimi bir çox sahəni dərindən öyrənən, İmmanuel Kantın anadan olmasının 300 illik yubileyinə həsr edilən ümuminstitut seminarı keçirilib. Bu […]